Mingəçevir Turizm
Kollecində tələbələrin elmi
konfransı
Noyabrın 1-də Mingəçevir Turizm Kollecində “Dayan! Dünya bizim evimizdir!” mövzusunda tələbələrin
elmi-nəzəri konfransı
keçirilib.
Kollecin direktoru
Əyyub Əyyubov tədbiri açaraq bu cür elmi-nəzəri
konfransların əhəmiyyətindən,
tələbə-gənclərin elmi bilikləri ilə yanaşı, dünyagörüşlərinin də inkişaf etməsində rolundan bəhs edib. Xüsusilə də qlobal məzmun daşıyan məsələlərin müzakirəsinə
diqqət yetirilməsinin
vacibliyi qeyd olunub.
Sonra kollecin tələbələri müxtəlif
mövzularda məruzə
ilə çıxış
ediblər.
Kollecin direktoru konfransın işinə
yekun vuraraq bildirib ki, bütün
bu məruzələr tələbə elmi cəmiyyətinin katibliyində toplanacaq və tədris ocağının nəşr
etdiyi “Turizm və təhsil”
jurnalının növbəti nömrəsində dərc olunacaq.
Mədəniyyət.- 2016.- 4
noyabr.- S.8.