“Multikulturalizm həyat tərzidir”
Yasamal rayon MKS-nin Mərkəzi kitabxanası rayondakı Heydər Əliyev Mərkəzində “Multikulturalizm həyat tərzidir” adlı tədbir keçirib.
Tədbiri Yasamal MKS-nin direktoru Vəfa Quliyeva açaraq ölkə Prezidentinin sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili” elan edilməsinin əhəmiyyətindən bəhs edib.
MKS-nin əməkdaşı Elvira Məmmədova “Multikulturalizmin Azərbaycan modeli” adlı məruzə ilə çıxış edib.
Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir
müavini Vaqif Məmmədov,
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin elmi
katibi Hüseyn İbrahimov və digər
çıxış edənlər bildiriblər ki, ölkəmizdə multikulturalizm
artıq alternativi olmayan
həyat tərzinə çevrilib.
Mədəniyyət.-
2016.- 4 noyabr.- S.12.