Azərbaycanda unikal tolerantlıq mühiti mövcuddur

 

 

Multikulturalizm bir ölkədə yaşayan müxtəlif xalqların mədəniyyət hüquqlarını tanıyan siyasətdir. Azərbaycanda tarixən multikultural dəyərlərin yaşadılması mədəni həyatımıza rəngarənglik gətirib, ölkəmizdə yaşayan azsaylı xalqların öz irsini qoruyub saxlamasına şərait yaradıb.

 

Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il AzərbaycandaMultikulturalizm ilielan edilib. Dövlət başçısının da dediyi kimi, Azərbaycanda multikulturalizm dövlət siyasəti, həyat tərzidir bütün bunlar tariximizə, milli, siyasi bədii irsimizə söykənən mənəvi keyfiyyətlərdir. Xalqımızın məişətində, həyata baxışlarında çoxmədəniyyətlilik təfəkkürü tarixən inkişaf edib. Dünyanın bir çox ölkələrində bu dəyərlər təbliğ olunsa da, Azərbaycan nümunəsi bu sırada önəmli yer tutur.

İrqçiliyin, dini dözümsüzlüyün artdığı cəmiyyətlərdə həmişə ciddi problemlər, faciələr yaşanıb. Təəssüf ki, bu cür hallar bəzi yerdə hələ davam edir. Gərginliklərin, qarşıdurmaların artdığı bir zamanda müxtəlif dinlərə qarşı dözümsüzlük daha böyük fəlakətlərə səbəb olur.

Azərbaycanda yaşayan müxtəlif dinlərin millətlərin nümayəndələri heç vaxt dözümsüzlüklə üzləşməyiblər. Azərbaycan xalq yaradıcılığında, “Koroğlu”, “Əsli Kərəm”, “Aşıq Qərib Şahsənəm”, “Şah İsmayıl Gülzardastanlarında tolerantlıq dəyərləri əksini tapıb. Eyni zamanda dramaturq, yazıçı şairlərimizin yaradıcılığında xalqlar arasında nifaqın aradan qaldırılmasına, mehribanlığın, humanizmin təbliğinə geniş yer verilib, birgəyaşayışın mümkünlüyü məsələləri önə çəkilib. Bu baxımdan Nizami Gəncəvinin, Nəsiminin, Sabirin, Abdulla Şaiqin yaradıcılığında, o cümlədən C.Cabbarlının “1905-ci ildə”, N.NərimanovunBahadır Sona”, S.VurğununFərhad Şirin”, H.CavidinŞeyx Sənan”, Q.SəidinƏli Nino” s. əsərlərdə tolerantlığın sülh əmin-amanlığa xidmət etməsi vurğulanır.

Bütün bunlar onu göstərir ki, Azərbaycan multikulturalizminin təməlləri çox etibarlıdır. Bu gün Azərbaycanın dünyaya tolerantlıq örnəyi göstərməsi, ölkəmizin multikulturalizmin mərkəzi kimi tanınması təsadüfi xarakter daşımır. Ona görə tolerantlıq, birgəyaşayış adına Bakıdan dünyaya mühüm mesajlar verilir, qlobal təşəbbüslər irəli sürülür.

Prezident İlham Əliyevin təşəbbüsü bilavasitə rəhbərliyi ilə Bakıda ənənəvi olaraq keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu Beynəlxalq Humanitar Forum Azərbaycanın dünyada artan nüfuzunun tolerantlığa verdiyi töhfələrin bariz nümunəsidir. Heydər Əliyev Fondu tərəfindən multikulturalizm tolerantlıq ənənələrimizin beynəlxalq miqyasda təbliği istiqamətində böyük layihələr həyata keçirilir. Parisdə Luvr Muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, Strasburq Fransanın digər regionlarındakı kilsələrin təmirində Heydər Əliyev Fondu yaxından iştirak edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyətə başladığı qısa vaxt ərzində Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi dünyada təbliği ilə bağlı bir sıra mühüm işlərin həyata keçirilməsinə nail olub. Multikulturalizmə girişAzərbaycan multikulturalizmifənləri respublikamızın xarici ölkələrin universitetlərində tədris olunur.

Ölkəmizdə unikal tolerantlıq mühitinin inkişafında təbliğində hər birimiz maraqlı olmalıyıq. Akademik Kamal Abdullanın təbirincə desək, mədəni müxtəlifliyin qorunmasında dövlətlə yanaşı, vətəndaş cəmiyyəti onun fəaliyyətini dəstəkləyən qurumlar da təşəbbüs göstərməlidir.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 4 noyabr.- S.12.