Tbilisidəki Azərbaycan Dram Teatrında yeni tamaşa
Heydər
Əliyev adına
Tbilisi Dövlət Peşəkar
Azərbaycan Dram Teatrı
mövsümə yeni
tamaşa ilə başlayıb. Kollektiv noyabrın 1-də tanınmış gürcü
yazıçısı və
dramaturqu Davit Kldiaşvilinin
“Darispanın əziyyəti”
əsəri əsasında
səhnələşdirilmiş eyniadlı tamaşa ilə çıxış
edib.
Azərbaycan, türk və gürcü dillərində
oynanılan tamaşa ağır sosial vəziyyətə görə
gənclərin ailə
qura bilməməsindən
bəhs edir. Əvvəllər mülkədar olan və sonradan var-dövlətini itirən
dörd qız atası Darispan övladlarının ailə
qurması üçün
cəhd göstərir.
Lakin məlum olur ki, o, tək deyil. Kasıb ailələrin çoxunun
qızları evdə
qalıb.
Azərbaycanlı, türk və gürcü aktyorlar kasıb təbəqənin
üzləşdikləri problemləri
ustalıqla tamaşaçılara
çatdıra biliblər.
Tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri Varlam Nikoladze, rejissoru Davit Nikoladzedir. Rolları Aslan Məmmədov, Leyla Qasımova, Turqay Vəlizadə, Laura Rexviaşvili, Namiq Musayev, Aysel Məmmədova və Türkiyədən dəvət
olunmuş aktyor Necati Zengin oynayıblar.
Gürcüstanın mədəniyyət
və abidələrin mühafizəsi naziri
Mixail Georqadze, Azərbaycan
səfirliyinin müşaviri Samirə Ağayeva, Türkiyə səfirliyinin əməkdaşları,
mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələrinin
seyr etdikləri tamaşa
maraqla qarşılanıb.
Mədəniyyət.-
2016.- 4 noyabr.- S.13.