Van film festivalının
“Ən yaxşı aktrisa”sı
Oktyabrın 28-dən noyabrın 1-dək Türkiyənin
Van şəhərində 5-ci Van gölü Beynəlxalq
film festivalı keçirilib. Festivalda ölkəmizi
İlqar Safatın “İçərişəhər” və Mirbala Səlimlinin “Qırmızı
bağ” bədii filmləri təmsil edib.
Təhminə Rafaella “İçərişəhər”
filmindəki roluna görə festivalın “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb. Bu barədə
Cəfər Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyasından
məlumat verilib.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında
lentə alınan ekran əsərinin ssenari müəllifləri
Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı
Bütünay Haqverdiyev,
icraçı prodüseri
Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Təhminə
Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.
“İçərişəhər” bədii filmi noyabrın 11-dən 27-dək
Estoniyanın paytaxtı Tallində keçiriləcək 20-ci
“Qaranlıq gecələr” Beynəlxalq film
festivalına dəvət alıb. Film
festivalın “Forum” proqramında nümayiş etdiriləcək.
Mədəniyyət.- 2016.- 4
noyabr.- S.16.