“Antalya Ekspo
2016” sərgisində Azərbaycan
pavilyonu birinci yer tutub
Türkiyənin Antalya şəhərində keçirilən
və oktyabrın
30-da başa çatan
“Antalya Ekspo 2016” Beynəlxalq
Botanika Sərgisindəki
Azərbaycan pavilyonu birinci yer tutub. Azərbaycan pavilyonu
birinciliyi eksteryer və interyer bağçası nominasiyasında
əldə edib.
Bu kateqoriyada birinci
yeri Azərbaycanla yanaşı, Çin, Almaniya, Koreya Respublikası, Qətər,
Tailand və Yaponiya pavilyonları bölüşüb.
Azərbaycan milli pavilyonu Heydər Əliyev Mərkəzinin dəstəyi
ilə qurulmuşdu.
Milli pavilyonda
ölkəmizin zəngin
faunası, unikal biomüxtəlifliyi və
bağçılıq mədəniyyəti
nümayiş etdirilib,
həmçinin Azərbaycana
həsr olunan sənət növlərindən
ibarət sərgilər
təqdim edilib.
Eksteryer
və interyer bağçası kateqoriyası
üzrə ikinci yeri Nepal, Macarıstan, İtaliya, Yaponiya, Niderland, Sinqapur, üçüncü yeri
Gürcüstan, Qazaxıstan,
Keniya, Türkmənistan
və Hindistan tutub.
“Antalya Ekspo 2016”nın təşkilat komitəsinin sədri,
Türkiyənin qida, kənd təsərrüfatı
və heyvandarlıq naziri Faruk
Çelik bildirib ki, aprelin 22-də
açılan sərgi 191 gün ərzində
4,5 milyondan artıq yerli
və əcnəbi ziyarətçi qəbul edib.
Mədəniyyət.- 2016.- 4
noyabr.- S.16.