Multikulturalizmteatr

 

 

IV Bakı Beynəlxalq Teatr Konfransı 38 xarici ölkənin teatr peşəkarlarını bir araya gətirib

 

Noyabrın 7-də Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Multikulturalizmteatrmövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı öz işinə başladı.

 

Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”na uyğun olaraq keçirilir.

Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən konfransda Azərbaycan da daxil olmaqla 38 ölkədən 150-yə yaxın iştirakçı - sənətşünaslar, teatr tənqidçiləri, teatr menecerləri, aktyorrejissorlar, dramaturqlar, beynəlxalq teatr institutlarının rəhbər və təmsilçiləri qatılmışdı.

İştirakçılar öncə teatrın foyesində ötən üç beynəlxalq teatr konfransından bəhs edən fotosərgi və Milli Kitabxana tərəfindən təşkil edilən kitab sərgisi ilə tanış oldular.

Təntənəli açılış mərasimi incəsənət ustalarının təqdimatında teatr tamaşalarından səhnələr, musiqi nömrələri, Azərbaycan teatrının mənzərəsini əks etdirən mini-tamaşa ilə başladı. Səhnədə quraşdırılan monitorda Azərbaycan teatrının tarixini əks etdirən videomaterial nümayiş olunurdu.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla tədbir iştirakçılarını salamladı və Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciəti diqqətə çatdırdı. Bildirildi ki, konfrans dotluq, qardaşlıq nümunəsi olan multikulturalizm ideyalarının teatr sənəti sayəsində dünyaya yayılmasına zəmin yaradacaq.

Qeyd olundu ki, dördüncü dəfə keçirilən konfrans bu il ölkəmizdə elan edilən “Multikulturalizm ili” çərçivəsində reallaşdırılan tədbirlər sırasındadır və Azərbaycanın multikulturalizm modelinin dünyanın teatr xadimləri arasında tanınmasına öz töhfəsini verir. Tanınmış teatr xadimlərinin bir araya gəlməsinin əsas məqsədi teatrın bu günü və gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək, bütün insanların multikulturalizm və tolerantlıq mühitində yaşaması naminə səylərini birləşdirməkdən ibarətdir.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatrının keçdiyi inkişaf yolundan söz açdı. Bildirdi ki, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi ölkəmizdə artıq ənənəyə çevrilib. Beynəlxalq teatr konfransının əsas məqsədi müasir teatrların imkanlarını və qarşılıqlı əlaqələrini müzakirə etmək, yeniləşən dünyada teatr üçün platforma yaratmaqdır: “Müxtəlif ölkələrdən teatr xadimlərinin yenidən bir araya gəlməsi və belə bir tədbirin Bakıda keçirilməsi bizdə qürur hissi doğurur. Müasir teatr problemlərinin araşdırılması təqdirəlayiq haldır. Azərbaycan tarixən tolerantlıq və multikultural ənənələri ilə tanınıb. Respublikamızda yaşayan müxtəlif xalqların nümayəndələri öz ana dillərində danışır və mədəniyyətlərini inkişaf etdirirlər. Biz çox şadıq ki, bu gün Azərbaycan təkcə enerji daşıyıcı ilə zəngin olan bir ölkə kimi deyil, həm də tolerant dövlət kimi tanınır. Çünki ölkəmiz əsrlər boyu çoxmillətli, qonaqpərvər diyar olmuşdur. Hazırda respublikamızda yaşayan müxtəlif xalqların nümayəndələri ölkənin tamhüquqlu vətəndaşları kimi respublikanın ümumi inkişafında xidmətlərini əsirgəmirlər. Təsadüfi deyil ki, 2016-cı il dövlət başçısı İlham Əliyev tərəfindən “Multikulturalizm ilielan edilib. Bu kontekstdə həyata keçirilən tədbirlər teatr sahəsini də əhatə edir”.

Nazir qeyd etdi ki, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli dramaturq Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının səhnələşdirilməsi ilə təkcə ölkəmizdə deyil, eləcə də bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməli qoyulub: “Bu zaman kəsiyi ərzində Azərbaycan teatrının siması və statusu dəyişib, bədii axtarışları, yaradıcılıq istiqaməti təkmilləşib. Milli teatr sənətinin təkamülündə müstəsna xidmətləri olan görkəmli sənət fədailəri - aktyorrejissor nəsli yetişib, repertuar siyasəti formalaşıb. Beləliklə də teatr sənəti Azərbaycan xalqının milli mədəni dəyərlərinin qorunması, təbliğ olunması, mütərəqqi ideyaların aşılanması missiyasını həyata keçirməyə başlayıb”.

Əbülfəs Qarayev Azərbaycan dövlətinin teatr sənətinə xüsusi qayğı və diqqət göstərdiyini vurğuladı: “Bunun nəticəsində Azərbaycanın teatr mühitində yeni təsisatlar meydana gəlir, fərqli janr istiqamətinə malik olan səhnə ocaqları yaradılır. Hazırda ölkəmizdə 26 dövlət teatrı fəaliyyət göstərir. Bundan əlavə, “Üns” yaradıcılıq səhnəsi, Bələdiyyə teatrı, özəl və xalq teatrları fəaliyyətdədir. Azərbaycanda həmçinin rus, ləzgi, gürcü dövlət dram teatrları da mövcuddur. Teatra dəstək məqsədilə ölkə başçısı tərəfindən müxtəlif sərəncamlar imzalanır, dövlət proqramları həyata keçirilir”.

Qeyd olundu ki, Azərbaycan teatrının beynəlxalq əlaqələri ildən-ilə genişlənir. Ölkəmiz Beynəlxalq Teatr İnstitutu, Beynəlxalq Teatr Tədqiqatları Federasiyası, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası, Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası, Beynəlxalq Kukla Teatrları İttifaqı və Musiqili Teatrların Beynəlxalq Assosiasiyasında təmsil olunur. Dramaturqlarımızın əsərləri müxtəlif ölkələrdə tamaşaya qoyulur.

Konfransın işinə uğurlar arzulayan Əbülfəs Qarayev bildirdi ki, ənənəyə çevrilmiş Bakı Beynəlxalq Teatr Konfransı teatrsevərləri və peşəkarları bir araya gətirən səmərəli teatr forumudurburada müzakirə ediləcək mövzular dünya teatrı üçün öz əhəmiyyəti ilə seçiləcək.

Nazir 2017-ci ildə ölkəmizdə keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumu haqqında qonaqlara məlumat verdi, teatr sənəti ilə məşğul olan insanları foruma dəvət etdi.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin Mədəniyyət komitəsinin sərdi, akademik İsa Həbibbəyli, Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun vitse-prezidenti, şahzadə Zolani Mkiva (CAR), Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının prezidenti Cin Qrehem-Cons (ABŞ) və Beynəlxalq Teatr İnstitutunun ərəb ölkələri üzrə təmsilçisi İbrahim Assiri (Səudiyyə Ərəbistanı) konfransa ev sahibliyi edən Azərbaycana minnətdarlıqlarını bildirdilər, tədbirin işinə uğurlar arzuladılar.

Konfrans işini plenar iclaslarla davam etdirdi.

 

Lalə

 

Mədəniyyət.- 2016.- 9 noyabr.- S.3.