Azərbaycanda beynəlxalq tədbirlər
yüksək səviyyədə təşkil edilir
IV Bakı Beynəlxalq Teatr Konfransında iştirak etməkdən məmnunam. Belə mötəbər tədbirə dəvət olunduğuma görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkür edirəm.
Bu sözləri jurnalistlərə müsahibəsində Beynəlxalq Teatr İnstitutunun ərəb ölkələri üzrə təmsilçisi İbrahim Assiri (Səudiyyə Ərəbistanı) deyib.
Qonaq bildirib ki, IV Bakı Beynəlxalq Teatr Konfransı müxtəlif ölkələrin teatrşünasları tərəfindən müasir teatrın problemlərinin müzakirə edilməsinə və həll yollarının tapılmasına imkan yaradacaq.
Azərbaycan teatrları haqqında məlumatlı
olduğunu bildirən İbrahim
Assari sentyabr ayında
II Şəki Beynəlxalq Teatr
Festivalında iştirak etdiyini,
tamaşalarımıza maraqla
baxdığını diqqətə çatdırıb. Qonaq beynəlxalq tədbirlərin Azərbaycanda
çox yüksək səviyyədə
təşkil edildiyini vurğulayıb.
Mədəniyyət.- 2016.- 9
noyabr.- S.3.