Müasir teatrın problemlərinin müzakirəsi
üçün vacib
platforma
Bakı Beynəlxalq Teatr Konfransında yenidən iştirakımdan çox
məmnunam. İki il əvvəl
keçirilmiş III Bakı
Beynəlxalq Teatr Konfransında iştirak etmişəm. Hələ keçən dəfə
şəhərinizə valeh
olmuş, konfransın
çox yüksək
səviyyədə təşkilindən
məmnun qalmışdım.
Odur ki, bu tədbirə
yenidən qatılmaq arzusunda idim.
Bu sözləri jurnalistlərə
müsahibəsində almaniyalı
professor, “Pianopianissimo” Musiqi
Teatrının baş
direktoru Peter Paxl deyib.
Plenar iclasda
“Bayroyt və Bakı - Reynin
qızılı və təmiz neft” mövzusunda çıxış edəcəyini
diqqətə çatdıran P.Paxl konfransda teatrla
bağlı aktual məsələlərin
müzakirə edilməsinin əhəmiyyətini
vurğulayıb. O, bu cür
tədbirlərin müasir teatrın aktual problemlərinin müzakirəsi üçün vacib platforma olduğunu qeyd edib.
Mədəniyyət.- 2016.- 9
noyabr.- S.4.