Multikultural cəmiyyətlərin sənət problemləri

 

 

Növbəti plenar iclasda maraqlı məruzələr dinlənildi

 

IV Bakı Beynəlxalq Teatr Konfransının ikinci günü, noyabrın 8-də son plenar iclası Tuncər Cücənoğlu (Türkiyə) və İnna Afanasyeva (Rusiya) idarə edirdilər.

 

İlk çıxış üçün söz Rusiya təmsilçisi Aleksey Uşakova verildi. Məruzəçi son illər bütün dünya üçün aktual olan məsələyə - sağlamlıq imkanları məhdud insanların cəmiyyətə adaptasiyasına həsr olunmuşdu: «Görmə və eşitmə qabiliyyəti məhdud olan insanlar üçün teatrın yaranma yolları».

Məruzəçi qeyd etdi ki, kompüter texnologiyalarının, intellektual işıq cihazlarının və akustika sistemlərinin tətbiqi müasir tamaşaların texnoloji səviyyəsini fantastik yüksəkliklərə qaldırmağa imkan verir. Bütün bunlardan istifadə etməklə teatra mədəni tələbatı olan insanların da tam zövq alacağı tamaşalar qurmaq mümkündür.

Elçin Cəfərovun (Azərbaycan) «Yuğ teatrı. Şərqdə Qərb paradoksu» məruzəsi milli teatr səhnəmizə fərqli tamaşa estetikası, teatr modeli gətirmiş Yuğ teatrı barədə idi. Məruzəçinin fikrincə, bu teatrı səciyyələndirən başlıca amil onun milli sənət düşüncəmizə, xalq-oyun mədəniyyətindən qaynaqlanan teatr ənənələrinə müraciət etməsi və bu ənənələri dünya teatr prosesinin qabaqcıl təcrübələri ilə birləşdirməsindən ibarətdir.

Batumi İncəsənət Universitetinin rektoru Ermile Mesxiya (Gürcüstan) «Çoxmillətli cəmiyyətdə idarəetmə və kadr hazırlığının müasir problemləri» adlı məruzəsində özünəməxsus xüsusiyyətləri ilə fərqlənən gürcü mədəniyyəti barədə fikirlərini bölüşdü. Özünəməxsus mədəniyyəti və polietnik tərkibi ilə seçilən Batumi şəhəri barədə danışan natiq xüsusi vurğuladı ki, şəhərin mədəni inteqrasiyasının ənənəvi tədbiri «Batumoba» adlı şəhər festivalıdır ki, bu festivalda bütün diasporlar öz milli folklor nümunələri ilə çıxış edirlər.

Liqa Ulbertenin (Latviya) məruzəsi Rusiyadabir sıra Avropa ölkələrində maraqlı və yaddaqalan tamaşaları ilə seçilən tanınmış teatr rejissoru Konstantin Boqomolovun Latviya təcrübəsinə həsr olunmuşdu.

Savas Patsalidis (Yunanıstan) isə «Multikulturalizmüçüncü məkanla yaxınlaşma: reallıq, yoxsa, sadəcə, növbəti ticari utopiya» məruzəsində belə bir sualı irəli sürdü: «mədəni fəaliyyətin bu cür qlobal təsirə malik olması daha çox demokratiyanın, müasir cəmiyyətlərin dünyanı həqiqi mənada yenidən formalaşdırmaq istəyinin təzahürüdür, yoxsa sadəcə, hər şeyi əmtəəyə çevirmək məqsədi güdən qlobal iqtisadi layihənin bir hissəsidir? Məruzəçi bu sual ətrafında mülahizələrini bölüşdü.

Qazaxıstandan tənqidçi İrina Antonova «Teatr kuklası - multikulturalizm fenomeni kimi» məruzəsinə başlamazdan əvvəl təşkilatçılara və könüllülərə böyük minnətdarlığını bildirdi. Onun çıxışı isə məruzədən daha çox söhbətə oxşayırdı. Fransa kuklaçıları ilə sıx əməkdaşlıq edən tənqidçi məşhur milli kuklaların (Puçinella, Pyerob.) yalnız formaca milli, məzmunca isə multikultural olduğunu diqqətə çatdırdı.

* * *

Fasilədən sonra Tuncər Cücənoğlu və İnna Afanasyevanın moderatorluğu ilə plenar iclas davam etdi.

Azaliya Balqazina (Rusiya) “Çoxmədəniyyətlilik və teatrın nəzdindəki muzeylərin problemləri” məruzəsində teatrların nəzdində fəaliyyət göstərən muzeylərin teatrın arxivi rolu oynadığını qeyd etdi. Bildirdi ki, Başqırdıstan Akademik Teatrının nəzdindəki muzey 1939-cu ildən fəaliyyət göstərir. Teatr canlı sənət olduğu kimi teatrın nəzdindəki muzeymüasir və çoxmədəniyyətli olaraq inkişaf etməlidir.

İranlı teatr xadimi Sayid Kazemianın “Teatrsosial şəbəkələr” məruzəsi də maraqla qarşılandı. Məruzədə müasir teatrın insanları cəlb etmə yolları, sosial şəbəkələrdən istifadə prinsipləri diqqətə çatdırıldı. Vurğulandı ki, teatrsosial şəbəkə biri digərini sıxışdırıb aradan çıxarmamalıdır. Əksinə, qarşılıqlı şəkildə inkişaf yolları axtarılmalı, innovativ yeniliklər teatra müsbət təsirini göstərməlidir. Bu isə yaxın gələcəkdə teatrda yeni kommunikasiya dilinin formalaşması ilə nəticələnə bilər.

Alman Peter PaxlBayroyt və Bakı - Reynin qızılı və təmiz neft” adlı məruzəsində Bayroyt festivalı və Frank Kastorf tərəfindən səhnələşdirilmiş Rixard Vaqnerin “Nibelunqların üzüyü” tamaşası haqqında danışdı. Qeyd olundu ki, ənənəvi festival bu ilBütün bəzəkləri ataqdevizi ilə keçirilirilin sonunadək davam edəcək. Tamaşaya gəlincə, əsərin bir bölümündə (“Valkiriya”) səhnədə Bakı kilsəni xatırladan neft platforması kimi təsvir olunub. Qamçısını oynadaraq səhnəyə gələn qəhrəman geyimində Azərbaycan nağıllarındakı şahzadələri xatırladır.

İclasda həmçinin Şuntaro Yoşido (Yaponiya) “Əcnəbi və qarışıq mədəniyyətlərin təqdimatı”, Vasil Vovkun (Ukrayna) “Musiqili teatrlarda qarşılıqlı layihələr”, Atis Rozentals (Latviya) “Alvis Xermanisin “Brodski-Barışnikov” tamaşasına mətbuatın reaksiyası” mövzusunda məruzələrlə çıxış etdilər.

Məruzələrdə musiqili teatrda rejissoraktyor münasibətləri, rəqslər, Avropa, Amerika və Şərq musiqisinin sintezi mövzusunda fikirlər səsləndirildi. Yaponiyalı teatrşünas yapon teatrında musiqi və rəqs, müasir rəqslər və baletin teatr səhnəsində təcəssümü problemlərinə toxundu.

 

Gülcahan

Lalə

 

Mədəniyyət.- 2016.- 9 noyabr.- S.5.