Azərbaycanın turizm
imkanları London sərgisində nümayiş olunur
Noyabrın 7-də Böyük Britaniyanın paytaxtı Londonda ənənəvi Dünya Turizm Sərgisi (World Travel Market 2016) işə başlayıb. Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Marketinq sektorunun müdiri Emil Səfərov, “Şahdağ” Turizm Mərkəzi, “Gilan Hospitality Group”, “Qafqaz”, “Four Seasons Baku” mehmanxanaları, “Silkway travel”, “Turizm.az”, “AL-travel”, “Falcon travel”, “Geo-travel”, “Baku Holiday travel”, “STİ travel”, “CBT Azerbaijan”, “ENC tours”, “Via Caucasus” turizm şirkətləri və Azərbaycan Hava Yollarının (AZAL) nümayəndələri təmsil edir.
Beynəlxalq sərgidə 63 kvadratmetr sahədə ölkəmizin turizm imkanlarını əks etdirən stend qurulub. Milli stenddə ölkəmizin görməli yerləri, turizm təsisatları, eləcə də mədəniyyətimiz, tariximiz haqqında ingilis dilində müxtəlif reklam-çap məhsulları və videoçarxlar nümayiş olunur. Həmçinin, ziyarətçilərlə işgüzar görüşlər keçirilir və turizm şirkətləri arasında əməkdaşlıq müzakirələri aparılır.
2002-ci ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on dördüncü dəfədir ki, Londonda WTM beynəlxalq turizm sərgisində iştirak edir.
Məlumat üçün
bildiririk ki, “World Travel Market”
dünya turizm sənayesində
əhəmiyyətli yerə malikdir. Builki sərgidə 180-dək ölkədən
9 minə yaxın şirkət iştirak edir. Sərgi noyabrın 9-da başa
çatacaq.
Mədəniyyət.- 2016.- 9
noyabr.- S.8.