Rusiyalı qonaqlar üçün cənub bölgəsinə tur təşkil edilib
2-3 noyabr tarixində Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumunun Həştərxan vilayətindən olan nümayəndə heyəti üçün Azərbaycan bölgələri ilə tanışlıq məqsədilə Lənkəran və Astaraya tur təşkil olunub.
Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən təşkil edilən tur zamanı qonaqlar Lənkəranın tarix və mədəniyyət abidələri ilə tanış olub, turizm baxımından maraqlı olan məkanları gəziblər, Lənkəran mətbəxinin nümunələrini dadıblar.
Astara rayonunda termal su mənbələrinə, rayonun turizm məkanlarına gəzinti təşkil olunub. Qonqlara TİM tərəfindən hazırlanan Lənkəranın turizm potensialını təbliğ edən buklet, flayer, təqvim və videoçarx olan DVD disklər təqdim olunub.
Nümayəndə heyəti
üzvləri göstərilən xidmətlərə görə
təşəkkür edərək bölgənin turizm potensialına böyük
maraq göstərdiklərini və
yaxında daha geniş
əməkdaşlıq qurulması ilə bağlı
müraciət edəcəklərini bildiriblər.
Mədəniyyət.- 2016.- 9
noyabr.- S.8.