Gənc bəstəkarın yeni uğuru

 

 

Paytaxtın G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin məzunu Arzu Abbasova ABŞ-ın Nyu-York şəhərində keçirilən “Muse” (Multicultural Sonic Evolution) gənc bəstəkarların IV beynəlxalq müsabiqəsinə təqdim etdiyiQütb ulduzu” əsəri birinci yerə layiq görülüb. Qalib əsər noyabrın 19-da Nyu-Yorkda “Sounds of Arts” festivalında səsləndiriləcək.

Pikə Axundovanın yetirməsi olan gənc bəstəkarın 2015-ci ildə bəstələdiyiQütb ulduzuəsəri bu ilin aprelində Mədəniyyət Turizm Nazirliyi ilə Rusiyanın ölkəmizdəki səfirliyinin birgə layihəsi olanRodniki duşimüsabiqəsində 1-ci yeri qazanıb.

A.Abbasova 2014-cü ildə Rusiyada keçirilən gənc bəstəkarların XII beynəlxalq müsabiqəsindəNağıllar aləmindəəsəri, 2015-ci ildə Nyu-Yorkdaİtakagənc qadın bəstəkarların beynəlxalq müsabiqəsindəDalğaların rəqsiəsəri Qazaxıstanda keçirilən “XXI əsrin istedadlarımusiqi yarışmasında bəstəkarlıq nominasiyası üzrəBayram sevinciəsəri ilə qalib olub. Ötən il ABŞ-da keçirilənSamadisbeynəlxalq müsabiqəsində bəstəkarınMövzu variasiyalarəsəri xüsusi fərqlənərək qaliblərin konsert proqramına daxil edilib.

A.Abbasova “ADA” Universitetinin beynəlxalq münasibətlər fakültəsinin birinci kurs tələbəsidir.

 

Mədəniyyət.- 2016.- 9 noyabr.- S.11.