Milli musiqi və
rəqs sənətinin təbliği
Növbəti seminar
Şəkidə keçirilib
Bakı Xoreoqrafiya Akademiyasının təşəbbüsü ilə bölgələrdə “Milli musiqi və rəqs sənətinin təbliği üzrə peşəyönümlü fəaliyyətin təşkili və inkişafı” mövzusunda seminarlar keçirilir.
Şəki şəhərindəki İ.S.Nakam adına Mərkəzi kitabxanada gerçəkləşən növbəti seminarda akademiyanın dekanı Abdin Əlizadə və İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə çıxış ediblər. Tədbirə Şəki, Balakən, Zaqatala və Qax rayonlarının mədəni-maarif müəssisələrində işləyən mütəxəssislər qatılıblar.
Seminarın məqsədi bölgələrdə
yaşayan gəncləri gələcəkdə
Bakı Xoreoqrafiya Akademiyasında təhsilə
cəlb etməkdir.
Mədəniyyət.- 2016.- 9
noyabr.- S.11.