Romada Azərbaycanın müstəqilliyinin
25 illiyi münasibətilə konsert
Dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü münasibətilə Azərbaycanın İtaliyadakı səfirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Florensiya “Luigi Cherubini” Musiqi Konservatoriyası ilə birgə konsert təşkil edib.
Romanın “Palazzo della Cancelleria” salonunda keçirilmiş tədbirdə İtaliyanın dövlət rəsmiləri, parlament üzvləri, diplomatik korpusun təmsilçiləri, incəsənət xadimləri iştirak ediblər. Səfir Məmməd Əhmədzadə ölkəmizin müstəqillik illərindəki uğurları, xarici siyasəti, İtaliya ilə əməkdaşlığı, xüsusilə mədəniyyət sahəsində əlaqələri haqqında danışıb.
İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Sercio Divina Azərbaycanın multikulturalizm ənənələrindən, ölkəmizin regionda oynadığı önəmli roldan bəhs edib.
Konsertdə pianoçu,
Xalq artisti Yeganə Axundova və skripkaçı, Xalq
artisti Zəhra Quliyeva,
italiyalı tenor Leonardo
De Lisi və violonçel ustası Pierluici
Ruccieronun ifasında italyan
və Azərbaycan bəstəkarlarının əsərləri
auditoriya tərəfindən hərarətli
alqışlarla qarşılanıb. Tenor
Leonardo De Lisinin Üzeyir Hacıbəylinin
“Sevgili canan”
romansını ifa etməsi isə
tamaşaçıların xüsusi
marağına səbəb olub.
Mədəniyyət.- 2016.- 9
noyabr.- S.12.