Alim, pedaqoq və ziyalı örnəyi

 

 

Professor Telman Ağdamskinin 80 illik yubileyi qeyd olundu

 

Noyabrın 5-də Üzeyir Hacıbəylinin ev-muzeyində görkəmli kimyaçı alim, Əməkdar müəllim Telman Ağdamskinin 80 illik yubileyi ilə bağlı tədbir keçirildi.

 

Öncə yubilyarın ömür yolu elmi fəaliyyətindən bəhs edən videoslayd təqdim olundu.

Tədbiri muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov açaraq Telman Ağdamskinin yubileyinin Hacıbəyli ocağında keçirilməsinin təsadüfi olmadığını dedi. Bildirdi ki, bu nəsil xalqımıza bir çox görkəmli elm, maarif, mədəniyyət, incəsənət xadimləri bəxş edib. Telman Ağdamski görkəmli opera müğənnisi, Əməkdar incəsənət xadimi Əhməd Ağdamskinin ailəsində böyüyüb. Ə.Ağdamski Üzeyir bəyin xalası oğlu olub.

Akademik Vaqif Abbasov çıxışında peşəsinin vurğunu, alim müəllim adına şərəf gətirən Telman Ağdamskiyə təbriklərini çatdırdı: “Fəxr edirəm ki, Telman Ağdamskinin tələbəsi olmuşam. Bəlkə o mənə dərs deməsəydi, bu zirvəyə çata bilməzdim. İntizam mədəniyyəti olmayan şəxs cəmiyyətdə yer tuta bilməz. Biz intizam mədəniyyətini Telman müəllimdən öyrənmişik”.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bildirdi ki, Üzeyir Hacıbəyli çoxlarımızın müəllimi olub: “Bu əlamətdar yubiley tək Telman müəllimin yox, həm Ağdamskilərin, Əlverdibəylilərin Hacıbəylilərin bayramıdır... Bu nəsil Azərbaycan mədəniyyətinə çox töhfələr verib”.

AMEA-nın müxbir üzvü Ziya Əsədov, Kataliz Qeyri-üzvi Kimya İnstitutunun şöbə müdiri Elza Salahova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Nailə Verdizadə başqaları T.Ağdamskinin elmi fəaliyyəti yetirmələri haqqında danışdılar. Bildirildi ki, atası öz adını Azərbaycanda musiqili teatr tarixinə qızıl hərflərlə yazdığı kimi, o da elm sahəsində yetişdirdiyi istedadlı alimlərlə tarixə düşüb. Görkəmli alim-pedaqoq öz ədəb-ərkanı ilə bir ziyalı örnəyidir.

Çıxışlardan sonra vaxtilə Əhməd Ağdamskinin Ağdaş rayonunda açdığı musiqi məktəbinin məzunu, kamança ifaçısı, Xalq artisti Munis Şərifov muğam müsabiqəsi qaliblərinin ifasındaGüllü qafiyə”, “Bəh-bəh”, “Qaragilə s. mahnılar səsləndirildi.

Sonda T.Ağdamski tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirdi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 9 noyabr.- S.12.