Los-Ancelesdə
“Yeddi gözəl” baletinə həsr olunmuş gecə
Azərbaycanın Los-Ancelesdəki (ABŞ) baş
konsulluğunda dahi bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletinə həsr olunmuş gecə keçirilib. Tədbirdə
Los-Ancelesdə yerləşən
Cedars-Sinai Tibb Mərkəzinin
“Bir ürək xilas et” fondunun
üzvləri, sənətsevərlər,
eləcə də kimya üzrə Nobel mükafatçısı Arye
Vorşel iştirak edib.
Baş konsul Nəsimi Ağayev ölkəmizin zəngin mədəniyyət
tarixindən söz açaraq, Nizami Gəncəvinin eyniadlı
əsəri əsasında
Qara Qarayev tərəfindən bəstələnmiş
“Yeddi gözəl” baletinin milli mədəniyyət xəzinəmizin
ən qiymətli əsərlərindən biri
olduğunu vurğulayıb.
Q.Qarayevin yaradıcılığı
haqda məlumat verən diplomat dahi bəstəkarın 1961-ci ildə
ABŞ-a səfər edərək
Los-Anceles Musiqi Festivalına qatılmasını
və festivalda onun “İldırımlı
yollarla” əsərini
ikiqat “Oskar” mükafatçısı,
tanınmış bəstəkar
Franz Vaksmanın dirijorluğu
ilə simfonik orkestrin ifa etməsini
diqqətə çatdırıb.
“Bir ürək xilas et” fondunun
rəhbəri, tanınmış
kardioloq İzhar Xaruzi Azərbaycan musiqisinin amerikalı sənətsevərlərdə daim dərin rəğbət hissi yaratdığını qeyd
edib.
Gecədə əvvəlcə “Yeddi
gözəl” baletinin Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin
və ölkəmizin Los-Ancelesdəki baş
konsulluğunun dəstəyi ilə
2014-cü ildə Kaliforniyanın San-Dieqo
şəhərində uğurla keçən
premyerasının videoyazısı nümayiş
etdiri
Mədəniyyət.-2016.- 9 noyabr.- S. 13.