Xalça Muzeyində “Mənim
bayrağım” adlı tədbir keçirilib
Azərbaycan Xalça Muzeyinin Uşaq muzeyi şöbəsi tərəfindən 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə “Mənim bayrağım” adlı tədbir keçirilib.
Şöbə müdiri Azər Abdullayev çıxış edərək bildirib ki, bayraq millət və dövlət kimi varlığımızın sübutudur. Uğrunda minlərlə vətən övladının canından keçdiyi bayrağımızı bundan sonra da qoruyacaq və uca tutacağıq.
Uşaq muzeyi şöbəsinin dərnək
üzvlərinin əl işlərindən ibarət “Mənim
bayrağım” adlı rəsm sərgisi və dekorativ-tətbiqi
sənət nümunələri, həmçinin Avropa liseyi şagirdlərinin
ifasında mahnılar və şeirlərdən ibarət kompozisiya qonaqlara təqdim
olunub.
Mədəniyyət.-2016.- 9 noyabr.- S. 13.