Tolerant gənclik”

 

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilati dəstəyi ilə yaradıcı gənclər arasında “Tolerant gənclik” beynəlxalq təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi keçirilir.

Ölkəmizdə “Multikulturalizm ilinin elan edilməsinə dair tədbirlər planına əsasın keçirilən müsabiqəyə dünyanın müxtəlif ölkələrindən 16-29 yaşlı gənc rəssamların tolerantlıq mövzusunda, istənilən ölçütexnikada əsərləri qəbul olunur. Əsərlər arxasında müəllif haqqında məlumat, əsərin adı, ölçüsü, texnikası qeyd olunmaqla dekabrın 15-dək ADRA-nın Muzey-sərgi kompleksinə təqdim edilməlidir.

Müsabiqənin yekunları dekabrın 20-də elan ediləcək.

 

Mədəniyyət.- 2016.- 11 noyabr.- S.2.