I Türkoloji Qurultayın 90 illiyinə həsr olunan beynəlxalq konfrans

 

 

Noyabrın 14-də AMEA Rəyasət Heyətinin binasında I Türkoloji Qurultayın 90 illiyinə həsr olunanTürkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Tədbir Təhsil Nazirliyi, AMEA-nın Nəsimi adına Dilçilik, Nizami adına Ədəbiyyat və akademik Z.Bünyadov adına Şərqşünaslıq institutlarının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Konfransda I Türkoloji Qurultay türk xalqlarının mədəni həyatında, inteqrasiyasında əlamətdar hadisə kimi, ortaq ünsiyyət dili yaradılmasında problemlər: dil, əlifba, ədəbiyyat, terminologiya, türk dillərinin tarixi, türk lüğətçiliyi, dialektologiyası və qrammatikası, türk xalqlarının ədəbiyyatı və folkloru, türk xalqlarının tarixi və etnoqrafiyası, türk xalqlarının incəsənəti mövzularına həsr olunan məruzələr dinləniləcək.

 

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 11 noyabr.- S.3.