Bir kərə yüksələn bayraq, bir daha
enməz!
Dövlət Bayrağı Günü
ilə bağlı tədbirlər keçirilib
Bakı Xoreoqrafiya Akademiyasında Dövlət Bayrağı Günü qeyd edilib.
Tədbiri giriş
sözü ilə açan
akademiyanın rektoru, Əməkdar elm xadimi, professor
Timuçin Əfəndiyev
bayrağımızın Azərbaycan xalqının tarixi keçmişi,
dövlətçilik ideyalarının formalaşması və
milli özünüdərk prosesində yeri haqqında danışıb. Qeyd edib ki, hər
bir millətin bayrağı onun milli kimliyinin, milli ideologiyasının ifadəsidir. Vurğulanıb ki, bu gün Azərbaycan bayrağı dünyanın
mötəbər təşkilatlarının
qarşısında, ən
mühüm beynəlxalq
tədbirlərdə dalğalanır.
Sonra tədris
ocağının müəllimləri
mövzu ilə bağlı çıxış
ediblər.
Tədbir akademiyanın müəllim,
şagird və tələbələrinin hazırladığı
ədəbi-bədii kompozisiya
ilə davam edib. Dövlət bayrağına həsr
olunmuş şeirlər
səslənib, milli rəqslər ifa olunub.
Tədbirdə qonaq qismində
Rusiya Federasiyasının
Sankt-Peterburq şəhəri
Vaqanova adına
Rus Baleti Akademiyasının əməkdaşları
da iştirak ediblər.
* * *
Noyabrın 9-da Azərbaycan Xalça
Muzeyində Şuşa
Rayon Mədəniyyət və
Turizm Şöbəsi,
muzeyin Şuşa filialı və Respublika Texniki Yaradıcılıq Mərkəzinin
birgə təşkilatçılığı
ilə “Bir kərə yüksələn
bayraq, bir daha enməz!” adlı tədbir keçirilib.
Xalça Muzeyi Şuşa
filialının əməkdaşı
Səbinə Əzizova
çıxış edərək
bildirib ki, bu cür tədbirlərin
keçirilməsində əsas
məqsəd gənc nəslə tariximiz, milli dəyərlərimiz
haqqında geniş məlumatlar verməkdir.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini
Vüsalə Fətəliyeva
milli-mənəvi dəyərlərimizin
qorunmasında ulu öndər Heydər Əliyev və ölkə başçısı
İlham Əliyevin xidmətlərindən söhbət
açıb.
Tədbirin bədii hissəsində Təhsil Nazirliyinin Respublika Texniki Yaradıcılıq Mərkəzinin
hazırladığı mahnılar
və şeirlərdən
ibarət ədəbi-musiqili
kompozisiya təqdim olunub.
* * *
Cəlilabad rayon Mədəniyyət
və Turizm Şöbəsi ilə Gənclər
və İdman idarəsi Dövlət Bayrağı
Günü münasibətilə təntənəli
tədbir təşkil edib.
İştirakçılar Bayraq
meydanına qədər yürüş
ediblər. Meydanda konsert
proqramı təqdim olunub.
Mədəniyyət.- 2016.- 11
noyabr.- S.7.