Tolerant, multikultural Azərbaycanım”

 

 

Peşəkar və həvəskar rəssamların sərgisi

 

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Sənət Mərkəzi və “Yaradıcı qadınlar” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunmuşTolerant, multikultural Azərbaycanım” adlı sərgi keçirilib.

Xətai Sənət Mərkəzində təşkil edilən sərgidə müxtəlif yaşda 100-dən çox peşəkar və həvəskar rəssamın müxtəlif janrlarda 300-dək əsəri təqdim olunub.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, “Yaradıcı qadınlar” İctimai Birliyinin sədri Afaq Hüseynova tədbirdə çıxış edərək Mədəniyyət və Turizm Nazirliyinin və Rəssamlar İttifaqının hamiliyi ilə keçirilən bu qəbil sərgilərin əhəmiyyətindən danışıblar.

Sərginin iştirakçıları müxtəlif nominasiyalarda sertifikatlar və fəxri fərmanlarla mükafatlandırılıblar.

Əməkdar artist Naina İbrahimovaİlin yaradıcı aktrisası” nominasiyasında mükafatlandırılıb. O, mükafata XX əsrin meqa-ulduzlarının obrazlarını yaratdığı maraqlı fotolayihələrə görə layiq görülüb. Tədbirə sevimli obrazında - kino ulduzu Merilin Monro obrazında qatılan Naina İbrahimova həmin obrazda əks olunduğu fotoşəkilləri təqdim edib. Qrimçi-rəssam Nura Babayeva Merilin Monronun obrazının yaradılmasına görə “İlin yaradıcı qrimçisi” nominasiyasında fəxri fərmanla təltif olunub.

Gənc müğənni Vüqar Kamiloğlu Əməkdar artist Tünzalə Ağayevanın “Qurban olum” mahnısının ifasına görə, rejissor Natiq Novruzov Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynliyə həsr olunmuşXüsusi təyinatlı İbad” filminə görə mükafatlandırılıblar. Layihənin kuratorları - Elnurə və Aygün İsgəndərovalara da mükafatlar verilib. Sərgiləri fəal işıqlandıran kütləvi informasiya vasitələrinin əməkdaşları da fəxri fərmanlara layiq görülüblər.

 

Mədəniyyət.- 2016.- 11 noyabr.- S.7.