Yunanıstanda Azərbaycan mədəniyyəti və mətbəxinin təqdimatı

 

 

Yunanıstandakı səfirliyimiz Afinada dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü və ölkəmizin Dövlət Bayrağı Gününə həsr olunmuş "Azərbaycan mədəniyyəti və milli mətbəxi günü" adlı təqdimat keçirib.

Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev tədbiri açaraq qədim və zəngin mədəni irsimizdən, müstəqillik tarixində əldə olunmuş nailiyyətlərdən bəhs edib.

Təqdimat mərasimində Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Afinada fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, iki ölkənin ticarət palatasının rəhbərliyi, yerli media, biznes, elm və təhsil müəssisələrinin, ictimai qurumların və Azərbaycan icmasının nümayəndələri iştirak edib.

Milli mətbəximizin ləziz təamlarının əcnəbi vətəndaşlara yüksək səviyyədə təqdim edilməsi məqsədilə “Buta Palace” konsert-əyləncə kompleksinin məşhur aşpazları tərəfindən tərtib edilən zəngin menyu tədbir iştirakçılarının böyük rəğbəti ilə qarşılanıb.

 

Mədəniyyət.- 2016.- 11 noyabr.- S.9.