Özbəkistan saytında Bakıdakı
beynəlxalq çörək festivalı barədə məqalə
Ölkəmizin Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə kultura.uz portalı bu yaxınlarda Bakıda keçirilmiş beynəlxalq çörək festivalı barədə məqalə yayıb.
Məqalədə bildirilir
ki, Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyi və Milli Kulinariya Mərkəzinin
təşkilatçılığı ilə keçirilən
festivala Türkiyə, Özbəkistan və
Qırğızıstan nümayəndələri
qatılıblar. Tədbirdə qonaqlara Azərbaycanda
çörəkbişirmə mədəniyyəti və ənənələri
haqqında məlumat verilib, xalq mahnıları və muğamlar
səslənib.
Mədəniyyət.- 2016.- 11
noyabr.- S.10.