Qəşşi-güləş gülüşçü...

 

 

Başdan-başa teatralsurət-ekranaşayan “Şaban” - həyatda adi, sənətdə fitrəti-fenomenal Kamal Sunal

 

Bu adamın qeyri-adi güldürüş sirri, gülüşiksiri hələ də (sahə mütəxəssisləriyçün belə!) müəmma olaraq qalmaqda. Hətta, deyirlər, bu fövqəlşans nüansı nə şəxsən onunçün yüzə yaxın tamaşa hazırlayıb, əllidən çox kino çəkmişlər yazıb-yarada, nə də onun özü (bu qədər “atlant-talant”ologiyası ilə!) səhnə-ekranda aça bilərmiş. Deməli bu, məncə, ya bir “sirri-Xuda”lıqdı, ya da, rəhmətlik Məhəmmədhəsən əminin “gap” babı olmuş babamın təbirincə, “üzündə şeytan tükü olmaqlıq”...

 

Əsasən ciddibir az da emosional məmləkət kimi tanıdığımız qardaş Türkiyənin bu məşhur teatr-kino aktyorunu dünya tamaşaçıları sözügedən ölkənin “komediya sifəti” kimi də xatırlayırlar. Məlum bir filmdən sonra xalq arasında “Şaban” adıyla tanınan Kamal Sunal cəmisi 82 filmdə çəkilsə də, kütləvi görüşlərinin birində vurğunlarından biri onu “Şabanım, sən bələkdən kadra düşüb, qəbrə gedəsi adammı?” şakası (zarafatı) ilə də sevələyib. Bu sözləri özünə məxsus təbəssümlə qarşılayan “Şaban” isə handan-hana “Mən şəxsi həyatımda bax belə çoxdanışan birisiyəm” - deyib.

O vurğun-tamaşaçının -

 

“Bələkdən” sözünə qüvvət...

 

Vətən dərgilərində “Türk teatr oyunçusu, komediya ustası, film sənətkarı və yazıçı” kimi təqdim edilən Əli Kamal Sunal 1944-cü il noyabrın 11-də İstanbulda anadan olub. “Şaban”laşanadək ata Mustafa, ana Səimə, qardaş Cəmil və Çingiz Sunallarçün ayrı-ayrılıqda irili-xırdalı “problem”lərə, sonralarsa ortaq fəxarətə çevrilib.

İbtidai təhsilə Memar Sinan məktəbində başlayan Kamal Vəfa liseyinin məzunu olub. Mənbələrdə vurğulanır ki, çox zehnli-savadlı bir uşaq olsa da, bir çox qəribəlikləri səbəbindən, hər sinfi iki ilə oxuyubbir neçə nadinc arkadaşı da ondan ayrı düşməməkçün “çalışıb” sinifdə qalırmışlar (“Hababam sınfı” filmindəki kimi).

Ali təhsilə Mərmərə Universitetinin Jurnalistika fakültəsində başlayan Kamal tələbəliyində fabrikdə çalışır, elektrik-usta yanında şəyirdlik edir. Günlərin bir günü, Vəfa liseyindəki fəlsəfə müəllimi Müşfiq Kəntərin ona bəslədiyi ümid-arzuları doğrultmaq qərarına gəlir. Aktyorluğa gərək olan bütün “parametr”lərdə hazırlaşıb, az-çox ilişkiləri olan bir kino-pavilyona gedir. Lakin bu ilk filmin ssenarisində ona pay çatmır. Vəziyyəti yüngülləşdirmək istəyən rejissorOnda sən də güldeyiro da... günü bu günbir sirr olaraq qalan əda ilə gülür. Bununla da türkdünya kinosunun daha bir dahi “Gülən və güldürən Adam”ı doğulmuş olur...

Kino-ekran şöhrətində ildırım sürətilə irəliləyən, hələ ilk gəncliyində səhnəyə çıxdığı andan bütün diqqəti özünə cəmləyə bilən Kamal Sunal şəxsi məsələlərdə “tamam lal-laqeydin birisi olub. 9 illik məktəbi 11 ilə, Mərmərə Universitetinin Beynəlxalq əlaqələr fakültəsini 51 yaşında bitirib. Hələ evlənmə macərası! Hə, “Şeytan-Şaban”ının ilk filminə baxıb ürəkdən vurulan, onu səhnədə də görmək üçün çox uzaq-ucqardan Ankaraya gəlib, ön sırada əyləşən Gül... Həmin tamaşada onların nəzərləri çarpışır. Sonralar yığıncaqların birində rastlaşırlar. Amma o qıza yaxınlaşıb tanış olan, görüş təyin edən Kamal o görüşə sənət dostlarının minbir təkidilə gedib...

O dünyaya isə çoxasangedib...

1991-ci ildə ekranlara çıxmış məşhurVaryemezfilmindən sonra kinodan uzaqlaşan (lakin onu yeni-yeni filmlərdə görmək istəyən heyranlarının mesajlarındantəngəgələn) Kamal Sunala 2000-ci ildə rejissor Əli ÖzgentürkdənBalalaykafilminə çəkilməsi üçündaşdan keçəntəklif gəlir. əzəldən təyyarə fobiyası olan (ovaxtadək ən uzaq səfərlərə avtomobillə gedib-gələn) Kamal Sunal bu dəfə çəkiliş qrupu ilə Trabzona uçmalı olur. Yola düşərkən çox həyəcanlanır, “...ürəyim heç getmək istəmir, ama çəkiliş var, məcburamdeyir təyyarə yerdən qalxar-qalxmaz, türk film sənətinə yeni bir canlanma gətirmiş, səhnə ekranlarda neçə-neçə saf, təmizqəlbli xarakterlər yaratmış, “Türk film sənətinin komediya qatını göylərə qaldırıb bütün dünyaya görk etmiş ofsunçukimi qəbul edilən böyük aktyor elə səmadaca infarkt keçirərək vəfat edir. 3 iyul, 2000-ci il. 56 yaşında...

Sənəti bütün dünyaya bəlliŞaban”ımız haqda xəyallanırkən, xalqınHəmişə şaban, bir dəfə ramazandeymini xatırladım. Yəni, hər fürsətdə bu adamın daha çox sənət dünyası haqda danışılır, bəs, -

 

Həyat dünyası?..

 

Onun bu aləmini doğma ailəsi - vəfatından 14 il ötənədək susmuş həyat yoldaşı Gül Sunalın ən nəhayət, TürkiyəninHürriyətqəzetinə verdiyi müsahibə vasitəsilə açıqlayaq. Ordan başlayaq ki, sən demə, dünyanı gülüşlərə qərq etmişKamal çox ağır adamimiş...

“- Bizim böyük Şabanımız haqda yazdığınız kitabaKamal, hadi, gel bir kahve içelimadı qoymusunuz. Həmişəmi bir-birinizə belə deyirdiniz?

- , bu bizim evşüar”ımız idi. Mən tez-tez deyinər, Kamal dinməzcə qulaq asar, mən ürəyimi boşaldandan sonra çevrilibgəl, bir qəhvə içəkdeyərdi. Hərdənbir səninlə danışmayacam!” - deyə qapını çırpıb getsəm , bir azdan qayıdıb səslənərdim: “qəhvə dəmləyim içək?..” Bu, bizim üzr istəməyimiz demək idi.

- Tanış olanda neçə yaşınız var idi?

- Mənim 20, onun 29.

- Ən çox nəyindən təsirləndiniz?

- Gözlərindən. Kamalın gözləri bəzilərinə cazibəsi olmayan bir cüt göz kimi görünə bilərdi. Amma o çox dərin baxırdı. Çox kədərli gözləri vardı. O, sənə pislik etsəydi , sondaaman, üzülməsindeyərdin. Uşaq kimiydi. Hətta qızımız Ezo ibtidai sinifdə oxuyanda belə ona körpə kimi baxırdı. Hamımıza çox ağır mərhəmət hissi yaşadırdı.

- Deyirlər, həyatda filmdəkilərdən fərqli olaraq, çox ciddiymiş...

- Kamal çox utancaq, çox təvazökar birisiydi. Bir az fəxrləKamal Sunal!” deyəndə özünü itirərdi. Dostlarımızın çoxu deyib-gülər, o isə elə hey dilinin ucunda dır-bırlanıb nəsə deyərdi. O kəlmələrdən birini tutsaydın, günlərcə gülərdin.

- Bir-birinizi qısqanırdınız?

- Vallah, qısqanmaq heç ağlımıza gəlmədi. Çox gözəl qadınlarla filmə çəkildi. Əgər həyat yoldaşına güvənmirsənsə, ayrılmalısan. Ondanyanında kim varkimi sözlər soruşmaq mənə ağır gəlirdi. O da soruşmazdı. İkimiz müstəqil adamlar idik. Hərdən on-on beş günlüyə Bodruma-filana gedər, 2-3 gündən sonra qayıdardı ki, bu qədər bəs elədi. Deməli, o, evdə daha rahat, daha xoşbəxt idi...

- Aranızdakı münasibətin adı nəydi: böyük eşq, ya dostluq?

- Mənimçün dostluq çox mühümdür. Çox yaxşı dost idik. Güvən çox önəmli şeydir. O öldükdən sonra da çantasını açmadım. Çünki Kamalım bunu istəməzdi biz bir-birimizə tam etibar edirdik.

- İzn verərsizmi, sonda bir qədərŞaban”laşaq?..

- Yəni bir az gülək...

- Bəli! Deyirlər, “İnək Şabanfilmi uşaqlarınızın həyatını bir az çətinləşdiribmiş...

- , bəzənİnəyin uşağıdeyib məzələnirdilər uşaqlarımızla. Kamalla evimizə yaxın məktəbin yanından keçəndə çocuqlar arxamızcamö-möeləyirdilər. Kamal bundan qətiyyən inciməzdi, hətta onlar ləzzətləmö”üldəyəndə ürəkdən gülərdi . Amma uşaqlarımız özlərini pis hiss edirdilər...”

 

Bir qədər kitabdan:

 

Getməsəydin, gizlənqaç oynayardıq yenə evin içində... Gizləndiyin yerdən dəqiqələrlə çıxmaz, uşaqlar səni tapanda ən çox sən qışqırardın həyəcandan. Kim bilir, hansısa qapının arxasında, şkafın içində, çarpayının altında səbrlə gözləyərdin səni tapmalarını...

Getməsəydin, “çiy köftəhazırlayardıq. Uşaqların ürəkdən sevinmələri üçünalınıb, yoxsa alınmayıbdeyə, o küftə yumrularını tavana, divarlara, hara gəldi atıb, məni dəli etməyinizə dözərdim...

Getməsəydin...

Yox, getdin...

Baş verənlə razılaşıb, üsyan etmədən dözmək gözləmək məsələyə baxışların ən yaxşısıdır...

Bir dəfə doğulsam, min dəfə doğulsam, yenə Kamal Sunalla evlənərdim...

Tamam...

Belə davam edəcəyəm...

O varmış kimi...”

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2016.- 11 noyabr.- S.12.