Əsl “Mona Liza” haradadır?

 

 

 Bir əsərin tarixçəsi

 

 

Hansısa bir əsərdə tamaşaçının bir-birindən fərqli, hətta gizli məna-məzmun, ifadə sənətkarlığı nümunəsi aşkarlaması, mütəxəssislər tərəfindən təbii qəbul olunur. Əslində seyrçilərin əsərdə yeni-yeni məna bədii-estetik məziyyətlər görə bilməsi haradasa müəllif üçün müsbət keyfiyyət hesab olunur. Yarandığı gündən sənət xiridarlarını belə suallar burulğanına salmaqda davam edən əsərlərdən biri Leonardo da Vinçinin (1452-1519) Luvr muzeyində - güllə keçirməyən şüşə arxasında nümayiş olunan məşhur “Mona Liza” (“Cokonda”) tablosudur, desək, yanılmarıq. Əlavə edək ki, bu, məşhur rəssamın bizim dövrə gəlib çatmış on beş rəngkarlıq əsərinin ən məşhuru ən müəmmalısıdır...

 

Mona Lizanın simasında rəssamın avtoportretini yaxud tələbəsi Salaini, eləcə anası Katerinanı görmək, hətta onun hamilə olduğunu (bunu bir vaxtlar azərbaycanlı telepat Tofiq Dadaşov mətbuatda söyləmişdi) dilə gətirmək, əzalarında kodlar axtarmaq, təbəssümünü müxtəlif cür yozmaq bu vaxta qədər bu portretə ünvanlanmış ən müxtəlif peşə sahiblərinin az qala hökm kimi səslənən qənaətləridir. Əslində, bu fikirlərin demək olar ki, heç bir əsası yoxdur. Belə ki, haqqında söz açılan, barəsində təzadlı bəlağətli fikirlər söylənilən portretdə (Luvr muzeyində göstərilən əsər nəzərdə tutulur) əksəriyyətin iddia etdiyi kimi florensiyalı tacir siyasi xadim Françesko del Bartelomeo del Cokondanın xanımı Mona Liza təsvir olunmayıb! Elə isə Mona Lizaya aid olmayan - ünvansız söylənilən fikirləri həqiqət kimi necə qəbul etmək olar? Bəs LuvrCokonda”sında kim təsvir olunub niyə bu vaxta kimi əksəriyyət təsvir olunanı Mona Liza kimi qəbul edib?..

Sənət tədqiqatçılarında bu əsərdə məşhur xanımın təsvir olunmadığı barəsində inandırıcı məlumatlar vardır bu səbəbdən vaxtaşırı onlar İntibah dövrünün sənət tarixçisi C.Vazarinin (1511-1574) səhvə yol verdiyini qeyd edirlər. Doğrudan da Leonardo da Vinçi (1452-1519) dünyasını dəyişəndə cəmisi 8 yaşı olan C.Vazari “Mona Liza” barəsində hansı daha səhih informasiyaya malik ola bilərdi? C.Vazarinin opponentlərinin fikrincə, əsərdə mantuanlı Markiza İzabella d`Este təsvir olunub. Başqa sözlə desək, Leonardonun “Mona Liza” adı ilə Luvrda nümayiş olunan əsərindəki məhz bu qadındır.

Xarici sənətşünasların fikrincə, “Cokondabir yox, bir neçə oxşar variantda mövcuddur. Yəqin ki, ortaya çıxan səhv qənaətlər buradan qaynaqlanır. Belə ki, müxtəlif kolleksiyalarda yer alan həmin əsərlərlə tanışlığa əsasən mütəxəssislər hər iki qadının üz cizgiləri arasında oxşarlığın mövcudluğunu etiraf ediblər. Elə isə baş vermişdir? Bu oxşarlığa əsl səbəb nədir? Gəlin, bu barədə söz açaq...

Bəzən rəssamlar öz əsərlərini iki nüsxədə işləyirlər. Belə hesab edirlər ki, Leonardo da özü üçün portretin ikinci nüsxəsini işləmiş, birincini isə sifarişçiyə vermişdir. Mübahisələrin yaranmasını şərtləndirən başlıca səbəb isə rəssamın başqa bir qadının portretini işləyərkən onun Mona Lizaya oxşarlığından istifadə etməsi, əvvəlki əsərinin kompozisiya elementlərini sonrakı əsərində tətbiq etməsidir...

Bu məsələyə bir qədər aydınlıq gətirməli olsaq, onda deməliyik ki, Leonardo da Vinçi ömrünün sonlarında - 1514-cü ildə Fransaya getməzdən bir qədər əvvəl məşhur florensiyalı Culiano Mediçinin xahişi ilə onun məşuqəsinin portretini çəkibmiş. Təsadüf elə gətirib ki, Konstansa adlı bu qadının nəinki xarici görünüşü Mona Lizaya oxşayıb, o həm Lya Cokonda”, yənitəbəssümlüləqəbini daşıyıb. Ola bilsin ki, bu oxşarlığı hiss edən rəssam Mona Lizanın portretindən nümunə kimi istifadə etməyi qərara alıb nəticədə demək olar ki, əvvəlki əsəri təkrar edib. Rəssam portreti tamamlayarkən məlum olur ki, Mediçi öz istəklisindən ayrılıb, odur ki, o, əsəri Leonardodan almır. 1517-ci ildə Leonardo da Vinçi Fransaya köçərkən bütün satılmayan əsərlərini özü ilə aparır, o cümlədən Təbəssümlü qadınportretini... Sonra isə əsər Fransa kralının ixtiyarına keçir. Bir vaxtlar hətta Napoleonun kolleksiyasında olur, onun yataq otağını bəzəyir. Son nəticədə portret muzeyə düşür məhz bu əsər uzun illərdir ki, Luvrda “Mona Liza” adı ilə nümayiş olunur...

Əslində isə, qeyd etdiyimiz kimi, Leonardo Françesko del Bartelomeo del Cokondanın xanımı təsvir olunan “Mona Liza”nı iki variantda işləyib. Birinci nüsxə İngiltərəyə aparılmazdan sənət bilicisi Henri Pulitserin şəxsi kolleksiyasına düşməzdən əvvəl uzun illər Florensiyada olub. Əsər indi onun Londondakı mənzilində asılıb. Onun şəklinin geniş kütlələrə tanış olmamasının səbəbi Henrinin portretin fotosunun çəkilməsinə icazə verməməsidir. Məlumdur ki, Leonardo solaxay olub, əsərlərini fırçanı sol əlində tutaraq işləmişdir. Bəzən o, zamanı sağ əli ilə tablonun üzərindəki rəngləri barmaqları ilə hamarlayıb. Beləliklə, çox vaxt rəssamın çəkdiyi əsərlərin üzərində bütün aydınlığı ilə barmaqlarının izi qalıb. Londondakı portretin Leonardoya məxsus olmasını daktiloskopik ekspertiza da təsdiq etmişdir.

Cokonda”nın ikinci nüsxəsi indi ABŞ-ın Nyu-Cersi şəhərindədir. Sənət tarixçilərinin fikrincə, ora Fransa inqilabı vaxtı aparılıb. 1787-ci ildə Uilyam Henri Vernon adlı bir tacir Amerikadan Fransaya mal gətirir onun gəlişi inqilabi hadisələrin kəskinləşdiyi bir vaxta düşür. Vətənə qayıdarkən özü ilə bu portreti gətirir, özünün dediyinə görə, əsəri ona Fransa kraliçası Mariya Antuanetta veribmiş. O, əsəri öz əmlakının siyahısınaRahibə - Leonardo da Vinçinin tamamlanmış əsəriadı ilə daxil edib. Əsərdə əlini əlinin üzərinə qoymuş, iki sütunla əhatələnən qadın təsvir olunub. Arxada isə əfsanəvi bir mənzərə əks olunub. İngilis sənətşünası Seymur Reytin fikrincə, rəssamın 1505-ci ildə yaratdığı iki əsl “Mona Liza”dan biri budur. Çünki o vaxtlar Rafaelin bu əsərə baxıb çəkdiyi eskizdə kənarlardakı sütunlar aydın görünür. Luvrdakı portretdə isə demək olar ki, onlar yoxdur.

Yuxarıda yazılanların kimlərdəsə şübhə doğuracağı da istisna deyil. Amma yazılanlar bu məşhur əsər barəsində həqiqəti əks etdirir. Amma bu yerdə haqlı bir sual ortaya çıxa bilər: üçün Luvr muzeyinin əməkdaşları bu vaxta qədər hamının görməyə can atdığı əsərin əsl “Mona Liza” olmadığını etiraf etməyiblər? Sizcə, onlar bunu edə bilərdilərmi? yaxudyoxhökmünü verməyə tələsməyin! Sadəcə xatırlayın ki, təkcə bu əsər uzun illərdir ki, Luvra milyonlarla tamaşaçı, bütünlükdə isə Fransaya saysız-hesabsız turist axınına səbəb olmaqdadır... Odur ki, bu məsələnin gündəliyə gətirilməsi Fransada heç kimin marağında deyil!

Yeri gəlmişkən, deyək ki, dünya şöhrətli Rembrandtın dünya muzeylərində nüfuzlu şəxsi kolleksiyalarda saxlanan əsərlərinin 60 faizi orijinal deyil, amma muzey şəxsi kolleksiyalara onlar çox baha qiymətə özü orijinal adı ilə satılıb. Bunu müstəqil ekspertlər yaxşı bilirlər, sadəcə, dilə gətirmirlər...

Sonda deyək ki, dünyadaCokonda”nın 60-a yaxın surəti mövcuddur. Onların bir qismini Leonardonun şagirdləri işləyib, yeddisini isə Marseldən olan istedadlı bərpaçı-rəssam İve Şadron alver məqsədilə çəkib 1911-ci ildə “Mona Liza” Luvrdan oğurlanarkən orijinal adı ilə satıb. Luvr muzeyinin bəzəyi olan “Mona Liza”ya ötən əsrin 80-ci illərində 500 milyon frank qiymət qoyulmuşdu. Əsər bir neçə dəfə öz daimi yerini tərk edib, o cümlədən ABŞ-da, Yaponiyada keçmiş SSRİ- göstərilib...

 

Ziyadxan Əliyev

Əməkdar incəsənət xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2016.- 11 noyabr.- S.13.