Berlində azərbaycanlı rəssamların sərgisi

 

Berlində fəaliyyət göstərən “Berlin-Baku” rəsm qalereyasında “Azərbaycan Yaponiya ilə görüşür” adlı rəsm sərgisinin açılışı olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, mərasimə Almaniya, Azərbaycan və Yaponiyadan incəsənət adamları qatılıb. Tədbirdə ölkəmizin Almaniyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə məsul əməkdaşı Sara Abbasova, Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin icraçı direktoru Heydər Mirzə və Azərbaycan Tələbə Şəbəkəsinin Berlin ofisinin rəhbəri Asif Məsimov iştirak edib.

Sərgidə Azərbaycandan və Yaponiyadan gənc rəssamların 30-dan çox rəsmi nümayiş olunur. Ölkəmizi Telman Quliyev, Günay Şəmsi, Maqdalena Mehdizadə və Yeganə Əsədova, Yaponiyanı isə Tomoko Kazama, Rikka Ayasaki, İku Xiquçi, Tsieku İtsinoze təmsil edir.

Sərgi dekabrın 1-dək davam edəcək.

 

Mədəniyyət.-2016.- 11 noyabr.- S. 16.