“Dərs”
filmi Minsk festivalında
mükafat qazanıb
Rafiq Əliyev
və Cavid Təvəkkülün “Dərs”
bədii filmi Minsk şəhərində keçirilən
23-cü “Listapad” Beynəlxalq
Film Festivalının “Qızıl
Listapadik” mükafatına
layiq görülüb. Bundan əlavə,
film “Tamaşaçı rəğbəti”
və “Ən yaxşı aktyor oyunu” nominasiyasında da qalib olub.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında
lentə alınan film
bundan əvvəl Rusiyada 25-ci “Kinoşok” festivalında mükafat qazanmışdı.
Filmin ssenari müəllifləri
Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu
rəssamı Fikrət
Ələkbərov, bəstəkarı
Tünzalə Ağayeva,
icraçı prodüseri
Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Rolları
Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Mənsurə Əhmədova
və digərləri
oynayırlar.
Lalə
Mədəniyyət.-2016.- 11 noyabr.- S. 16.