Lətif Kərimovun 110 illik yubileyi qeyd olunacaq

 

 

Noyabrın 17-də Azərbaycan Xalça Muzeyinin yaradıcısı, görkəmli alim və xalçaçı-rəssam Lətif Kərimovun 110 illik yubileyi qeyd olunacaq.

İl ərzində muzeydə Lətif Kərimovun yubileyinə həsr olunmuş silsilə tədbirlər təşkil edilib. İyundaTürk dünyasının ortaq dili - naxışlar” adlı simpozium və Lətif Kərimovun eskizlərindən ibarət sərgi keçirilib.

17 noyabrda Azərbaycan Xalça Muzeyi ilə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyinin birgə əməkdaşlığı çərçivəsində sərginin keçirilməsi planlaşdırılır. Sərgidə Lətif Kərimovun müəllifi olduğu eskizlər, onların əsasında toxunan xalçaxalça məmulatları, şəxsi arxivində qorunan fotoşəkillər və sənədlər nümayiş olunacaq. Bununla yanaşı, “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından Lətif Kərimovun əsərləri” adlı kitabın təqdimatı keçiriləcək.

Həmçinin 16-18 noyabr tarixindəBirlik irsi. Gələcək üçün ənənəkompleks proqramı çərçivəsində Azərbaycan Xalça Muzeyi Beynəlxalq Muzeylər Şurası Rusiya Milli Komitəsinin (Rusiya İKOM) təşkilati həmçinin MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun maliyyə dəstəyi ilə Ümumrusiya Dekorativ-tətbiqi Xalq Sənəti Muzeyinin təşkil etdiyiXalçaçılıq sənətiadlı beynəlxalq konfrans keçiriləcək.

 

Mədəniyyət.- 2016.- 16 noyabr.- S.3.