“Azərbaycanın haqq səsini yaymaqda davam edəcəyik”

 

 

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzi Qarabağın tarixi-mədəni irsinin olduğu kimi tanınmasında səylərini əsirgəməyəcək

 

Xəbər verdiyimiz kimi, 10-11 noyabr tarixində Bakıda Mədəniyyət və Turizm Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzi (IRCICA) və AMEA-nın birgə təşkilatçılığı ilə “Qarabağ: tarixirs” beynəlxalq elmi konfransı keçirildi.

 

Konfrans noyabrın 11-də “Qarabağ incəsənəti və mədəni irsinin Azərbaycana identikliyi” adlı sessiya ilə işini davam etdirdi.

Sessiyaya moderatorluq edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev mövzunun aktuallığını diqqətə çatdırdı. Bildirdi ki, XX əsrin əvvəllərindən başlayaraq ermənilərin Azərbaycan mədəniyyətini, mədəni irsini özününküləşdirmə, talama siyasəti bu gündavam edir.

Türkiyənin Mərmərə Universitetinin professoru Gülşən Seyhan Alışık “Ceyhun bəy Hacıbəyli QarabağiQarabağ-türk dialektologiyası” adlı məruzə ilə çıxış etdi. Ceyhun Hacıbəylinin həyat və fəaliyyəti haqqında söz açan məruzəçi onun müxtəlif mətbuat orqanlarında dərc olunan məqalələrinin Qarabağın, ümumən Azərbaycan mədəniyyəti və tarixinin bir parçası kimi önəmini vurğuladı, Qarabağda formalaşan dialekt və şivələr haqqında ətraflı danışdı.

AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə “Xocalı soyqırımı təsviri sənətdə” adlı məruzəsində bildirdi ki, bu bəşəri faciə Azərbaycan təsviri sənətində xüsusi bir səhifə təşkil edir. Bakı şəhərində ucaldılan, müəllifi heykəltəraşlar Aslan, TeymurMahmud Rüstəmovlar olan Xocalı abidəsi soyqırımına həsr edilmiş ən təsirli abidələrdən biridir. Həmçinin bir çox ölkələrdə Xocalı soyqırımına həsr edilmiş abidələr ucaldılıb.

Sessiyada “Qarabağın bədii sənətkarlığı”, “Qarabağ mühitində muğam və aşıq sənətinin qarşılıqlı əlaqələrinə tarixi baxış” adlı məruzələr də dinlənildi, məruzələrlə bağlı müzakirələr aparıldı.

* * *

Sessiyadan sonraQarabağ: tarixirs” beynəlxalq elmi konfransına yekun vuruldu.

Bağlanış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bütün iştirakçılara konfransın işinə verdikləri töhfəyə görə minnətdarlığını bildirdi. Qeyd etdi ki, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzi (IRCICA) 35 ildən çoxdur islam irsinin qorunması, təbliği istiqamətində mühüm layihələr həyata keçirir: “Qədim tarixi, zəngin maddiqeyri-maddi mədəni irsi olan Azərbaycanın Qarabağ bölgəsinin bu qurum tərəfindən diqqətə alınması, araşdırılması bizi sevindirir. Konfransın sessiyalarında mütəxəssislərin çıxışları, alimlərin təqdimatları bu istiqamətdə atılan çox vacib addımdır”.

Qeyd olundu ki, konfransda münaqişə zonalarında mədəni irsin qorunması və Ermənistanın işğal etdiyi ərazilərdəki mədəni irslə davranışı, toponimlərin dəyişdirilməsi və bunun üçün davamlı olaraq beynəlxalq dəstək axtarışında olması ilə bağlı maraqlı fikirlər səsləndirilib: “Ermənilərin iddiasında olduğu Azərbaycanın torpağının hər qarışına, hər bir mədəni sərvətinə dair bizdə və dünyanın müxtəlif arxivlərində kifayət qədər tarixi sənədlər, dəlillər mövcuddur. Bütün bunlar ermənilərin məkrli iddialarının əsassız olduğunu göstərir”.

Sevda Məmmədəliyeva Qarabağ da daxil olmaqla bütövlükdə Azərbaycan mədəniyyətinin və tarixi irsinin tədqiqi və beynəlxalq səviyyədə təbliği istiqamətində Heydər Əliyev Fondunun səmərəli fəaliyyətini, Fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səylərini diqqətə çatdırdı.

Nazir müavini ümidvar olduğunu bildirdi ki, IRCICA bu istiqamətdə araşdırmaları davam etdirəcək, Qarabağın tarixi-mədəni irsinin olduğu kimi tanınması, qorunması üçün beynəlxalq elmi ictimaiyyətin məlumatlandıracaq. Qurumla gələcəkdə də sıx əməkdaşlıq edilməsinin vacibliyi vurğulandı.

IRCICA-nın baş direktoru Halit Eren beynəlxalq konfransı yüksək qiymətləndirdi: Bizim məqsədimiz Azərbaycanın Qarabağ bölgəsi və eyni zamanda bütün Ermənistanın yerləşdiyi ərazilərin tarixi, mədəni olaraq Azərbaycana bağlılığı və tarixi torpaqlarımız haqqında məlumatları bütün islam dünyasına çatdırmaqdır. Bunu sübut etmək heç də çətin məsələ deyil. Arxivlərdə ermənilərin bu ərazilərə köçürülməsi haqqında çoxlu məlumatlar var. Eyni zamanda arxeoloji, tarixi və memarlıq abidələri də bu torpaqların Azərbaycana məxsus olmasında heç bir şübhə doğurmur. IRCICA olaraq bu istiqamətdə bundan sonra da Azərbaycanın haqq səsini yaymaqda davam edəcəyik”.

Halit Eren qarşıdakı illərdə bu cür konfransların davamlı olacağını vurğuladı. Qeyd etdi ki, bununla da ermənilərin Azərbaycan və Türkiyə haqqında dünyaya yaymağa çalışdığı yalan məlumatlara tutarlı cavab veriləcək.

Xatırladaq ki, konfransdaQarabağ Ermənistanın hərbi işğalı altında: qiymətləndirmə və nəticələr”, “Tarixdə Qarabağ”, “Qarabağın memarlıq irsi” mövzularında sessiyalar keçirilib. Konfransın materialları nəşr ediləcək.

 

F.Hüseynov

 

Mədəniyyət.- 2016.- 16 noyabr.- S.5.