“Gənclərə dəstək” layihəsində
növbəti konsert
Noyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında “Gənclərə dəstək” adlı layihə çərçivəsində növbəti konsert proqramı təşkil olunacaq.
Konsert proqramında Q.Qarayev adına Azərbaycan
Dövlət Kamera Orkestrinin
(bədii rəhbər və baş dirijor Xalq artisti
Teymur Göyçayev)
müşayiəti ilə solist Aytən İbrahimova pianoda Azərbaycan
və dünya bəstəkarlarının
əsərlərindən ibarət musiqi
kompozisiyaları səsləndirəcək. Layihə
respublikanın istedadlı gənc ifaçılarına dəstək
olmaq məqsədilə həyata keçirilir.
Mədəniyyət.- 2016.- 16
noyabr.- S.5.