İsrail səfirliyinin əməkdaşları
ATMU tələbələri ilə görüşüblər
Noyabrın 14-də İsrailin ölkəmizdəki səfirliyinin əməkdaşları Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olublar. Qonaqlar universitetin “Turizm və hotelçilik” ixtisasının III kurs tələbələri ilə informasiya xarakterli görüşə qatılıblar.
Səfirliyin əməkdaşı Amir Rom universitetlə səmərəli əməkdaşlıq nəticəsində tələbələrin İsrailin nüfuzlu hotellərində təcrübə keçmək imkanı qazandıqlarını deyib.
Sonra ötən tədris ilində İsrailin “İsrotel” hotellər şəbəkəsində təcrübə keçən tələbələr layihə ilə bağlı təqdimat edib, 5 aylıq istehsalat təcrübəsinin üstünlüklərindən, təəssüratlarından bəhs ediblər.
Görüşün yekununda universitetin
şöbə müdiri Nərminə Abdullayeva 2016/17-ci tədris ilində İsraildə
təcrübə keçmək arzusunda
olanların noyabrın 30-dək ərizə ilə müraciət
etmələrinin vacibliyini diqqətə
çatdırıb.
Mədəniyyət.- 2016.- 16
noyabr.- S.5.