Moskvada “Azərbaycan Görüşlər
Sənayesi”nin ikinci toplantısı
Ölkəmizdə işgüzar turizmin inkişaf etdirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu (AKB) “Azərbaycan Görüşlər Sənayesi” layihəsi üzrə Moskvada ikinci toplantısını keçirib.
Tədbir Rusiyanın işgüzar
turizm sahəsində çalışan nüfuzlu təşkilat və vasitəçilərini
AKB-nin tərəfdaşları ilə bir araya gətirib. Görüşdə “Boulevard Hotel Baku”, “Fairmont
Hotel Baku”, “Holiday Inn Hotel Baku”, “Hilton Hotel Baku”, “Hyatt Regency
Baku”, “Jumeirah Bilgah
Beach Hotel”, “Park Inn by Radisson Baku”, “Shahdag
Mountain Resort”, “Caspian Event Organisers”, “Pasha
Travel” və “BCD Global Travel” iştirak edib.
Rusiyanın 100-dən çox
konqres, görüş
və tədbirlər sahəsi təmsilçiləri ilə
görüşlər keçirilib. Mətbuat
konfransında ölkəmizin görüş
məkanı kimi tanınması
haqqında məlumatlar rusiyalı media
nümayəndələrinə çatdırılıb. Tədbir
iştirakçıları həmçinin milli
mətbəximizin şirniyyatları, çay
və şərabları, eləcə də qədim toy adət-ənənələrimizdən olan xına mərasimi və basma
sənətinin incəlikləri ilə tanış olublar.
Mədəniyyət.- 2016.- 16
noyabr.- S.9.