Azərbaycanlı rəssamın Atatürkə həsr etdiyi sərgi

 

 

Türkiyədə Qaziantep Universitetinin müəllimi, həmyerlimiz Məhəmməd Əliyevin “Xəlvəti nəğmələr” adlı rəsm sərgisi açılıb.

Qaziantep şəhərindəki “Cenani konağı” Mədəniyyət mərkəzində keçirilən sərgi Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün xatirəsinə ithaf edilib. Sərgidə tanınmış rəssamın yağlı boya ilə işlədiyi 37 əsəri nümayiş olunur.

1952-ci ildə Bakıda anadan olmuş M.Əliyev Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və Sankt-Peterburq Dövlət Rəsm Akademiyasının Dulusçuluq fakültəsini bitirib. 1985-ci ildə Sankt-Peterburqda ilk sərgisini keçirib, 1986-cı ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilib.

Məhəmməd Əliyevin əl işləri ABŞ, Britaniya, Avstriya, AlmaniyaFransada sərgilənib. 2007-ci ildə Bakıda sərgisi keçirilib. O, heykəltəraş, keramika ustası və qrafik kimi də tanınıb.

“Xəlvəti nəğmələr” sərgisi noyabrın 25-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 16 noyabr.- S.15.