Vladimir Mayakovski adına
Moskva Akademik Teatrı
Bakıda qastroldadır
Rusiyanın tanınmış teatrlarından olan Vladimir Mayakovski adına Moskva Akademik Teatrı Bakıya qastrol səfərinə gəlib. Noyabrın 17-də qonaq kollektiv S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Nikolay Qoqolun “Evlənmə” əsərinin tamaşasını göstərib. Sergey Artsibaşevin quruluş verdiyi tamaşa noyabrın 18-də növbəti dəfə nümayiş olunacaq. Bu gün həmçinin teatrı kollektivinin Bakı qastroluna həsr olunan mətbuat konfransı keçiriləcək.
Media təmsilçiləri ilə görüşdə Rusiya Qastrol Fəaliyyətinə Dəstək Federal Mərkəzinin direktoru Anton Proxorov, V.Mayakovski teatrının bədii rəhbəri Mindauqas Karbauskis, direktoru Leonid Oşarin, Rusiyanın xalq artistləri Svetlana Nemolyayeva, Qalina Anisimova, Mixail Filippov iştirak edəcəklər.
Noyabrın 19-20-də V.Mayakovski
teatrının Bakı qastrolu M.İvaşkyaviçusun “Rus
romanı” əsərinin tamaşası ilə davam
edəcək. Tamaşaya teatrın bədii
rəhbəri Mindauqas Karbauskis
quruluş verib.
Mədəniyyət.- 2016.- 18
noyabr.- S.3.