“Zamanla üz-üzə”
beynəlxalq musiqi layihəsi davam edir
2016-cı il payız mövsümündə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Zamanla üz-üzə” beynəlxalq layihəsi davam edir.
Layihənin bədii rəhbəri, Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevdir. Layihədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Rauf Abdullayev), Azərbaycan Dövlət Xor Kapellası, dirijorlar Vladimir Runçak (Ukrayna), Roland Fraysitzer (Avstriya) və solist Yuliya Purgina (Avstriya) iştirak edəcək. Layihəni səciyyələndirən önəmli məqam - bir çox müasir musiqi əsərlərinin Bakıda ilk dəfə ifa olunmasıdır.
30 noyabr, 2, 7 və 9 dekabr tarixlərində Azərbaycan Dövlət Filarmoniyasında və Beynəlxalq Muğam Mərkəzində “Zamanla üz-üzə” beynəlxalq layihəsi çərçivəsində konsertlər silsiləsinin keçirilməsi nəzərdə tutulub. Budəfəki layihə Bakı səhnəsində heç bir zaman qoyulmamış müasir musiqi əsərlərinin səhnələşdirilməsini özündə ehtiva edir.
Qeyd edək ki,
ilk dəfə 2007-2008 mövsümündə
reallaşdırılmış layihənin 12 konsertində barokko və klassisizm musiqisindən
müasir bəstəkarların əsərlərinə
qədər geniş spektr
əhatə edilib.
Mədəniyyət.- 2016.- 18
noyabr.- S.4.