Bakı Xoreoqrafiya
Akademiyasında Milli Dirçəliş Günü
Bakı Xoreoqrafiya Akademiyasının (BXA) böyük zalında 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib.
İctimai fənlər kafedrasının müəllimləri Təranə İsmayılova və Nərgiz Qürbətovanın təşkilatçılığı ilə gerçəkləşən tədbirdə akademiyanın kollec pilləsinin II kurs tələbələrinin iştirakı ilə bədii-musiqili kompozisiya təqdim olunub. Tələbələr tərəfindən qurulmuş rəqslər tədbir iştirakçılarına xoş təsir bağışlayıb.
Gənclərin vətənpərvərlik
ruhunda tərbiyə olunmasından
danışan BXA-nın İctimai fənlər
kafedrasının müdiri, Əməkdar
incəsənət xadimi, professor
Maral Manafova tədbirin
keçirilməsi üçün
yaradılan şəraitə görə tədris
ocağının rektoru, Əməkdar elm xadimi, professor
Timuçin Əfəndiyevə xüsusi təşəkkürünü bildirib.
Mədəniyyət.- 2016.- 18
noyabr.- S.5.