Cəbhəyanı bölgədə daha bir mədəniyyət
ocağı
Horadiz şəhərində Dövlət
Rəsm Qalereyası açılıb
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində Dövlət Rəsm Qalereyasının açılışında iştirak edib.
Bölgələrdə müasir tipli yeni mədəniyyət infrastrukturu bu sahənin regionlarda hərtərəfli inkişafına stimul verir. Dövlətimiz tərəfindən cəbhəyanı bölgədə yeni mədəniyyət ocaqlarının yaradılmasına xüsusi önəm verilir. Füzuli Dövlət Rəsm Qalereyasının yaradılması da ölkədə mədəniyyət və incəsənətin inkişafına göstərilən diqqətin daha bir nümunəsidir.
Binanın sahəsi 324 kvadratmetrdir.
Burada ulu öndər
Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə
Füzuli rayonuna səfərlərini
əks etdirən fotolardan ibarət guşə
yaradılıb. Qalereyanın ikimərtəbəli
binasında rəsm əsərlərinin nümayiş
etdirilməsi üçün sərgi
zalı fəaliyyət göstərir. Gələcəkdə
qalereyanın fondunun zənginləşdirilməsi
nəzərdə tutulub.
Mədəniyyət.- 2016.- 18
noyabr.- S.7.