Turizm və Menecment
Universitetində kitab yarmarkası
Noyabrın 14-15-də Azərbaycan Turizm və Menecment Universitetində
(ATMU) bu təhsil ocağının “Kitab səhifələri” klubu üzvlərinin təşkilatçılığı
ilə bədii əsərlərin növbəti
satış yarmarkası
keçirilib.
Universitetdən verilən məlumata görə, yarmarkanın təşkil olunmasında
əsas məqsəd tələbələr arasında
mütaliə qabiliyyətini
gücləndirməkdən ibarətdir. Yarmarkada Azərbaycan və
xarici ölkə yazıçılarının məşhur əsərləri
güzəştli qiymətlərlə
təklif edilib.
“Kitab səhifələri” üzvlərinin əməkdaşlıq
etdiyi “Alatoran”, “Kitab klubu”, “Parlaq imzalar”, “Qədim qala”, “Hədəf” nəşriyyatlarında
çap olunan bədii ədəbiyyat nümunələri daha çox alıcı marağı qazanıb.
Kitab satış
yarmarkasının vaxtaşırı
keçirilməsi nəzərdə
tutulur.
Fariz
Mədəniyyət.- 2016.- 18
noyabr.- S.9.