İstanbulda rəssam
soydaşımızın fərdi sərgisi
Noyabrın 14-də İstanbulda azərbaycanlı rəssam Əbülfəs Fərəcovun fərdi rəsm sərgisi açılıb.
Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulluğunun təmsilçiləri, rəssamın sənət dostları, media nümayəndələri iştirak ediblər. Sərgidə rəssamın yağlı və akril boyalarla kətan üzərində çəkilmiş 23 əsəri nümayiş olunur.
Açılış mərasimində çıxış edən rəssam Əbülfəs Fərəcov fiqurativ və soyut ekspressionizm janrlarında çəkdiyi əsərlərin məzmunu barədə iştirakçılara məlumat verib.
Türkiyənin “Ziraat
bankı”nın sponsorluğu ilə
bankın “Bəyoğlu-tunel” filialında keçirilən sərgi
dekabrın 3-dək davam edəcək.
Mədəniyyət.- 2016.- 18
noyabr.- S.10.