Tanınmış şair
Fikrət Sadıq dünyasını dəyişib
Noyabrın 16-da tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin poeziya üzrə məsləhətçisi, Əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü Fikrət Sadıq 86 yaşında vəfat edib.
Fikrət
Sadıq 1930-cu il mayın 30-da Şamaxıda anadan olub. Burada ibtidai, Kürdəmirdə
orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirib.
Azərbaycan Dövlət Universitetinin
(hazırkı BDU) Filologiya
fakültəsində təhsil
alıb.
Ədəbi fəaliyyətə tələbəlik
illərində universitet
nəşriyyatının buraxdığı
“Gənclik nəğmələri”
almanaxında dərc etdirdiyi “Artist” və “Ana əli” şeirləri ilə başlayıb. Poetik yaradıcılığında bədii tərcüməyə
də meyil edib. “Yumaq top”, “Bir parça vətən”, “Oğul” pyesləri, “Xırdaca gəlin”, “Daş balkon”, “İlk məhəbbət haqqında
daha bir hekayə” və s. onun qələminin bəhrəsidir.
Şamaxıda kənd müəllimi,
rayon qəzeti redaksiyasında
ədəbi işçi,
BDU-nun Azərbaycan ədəbiyyatı
tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş
redaksiyasında elmi redaktor, şöbə müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında elmi-kütləvi
və sənədli filmlər birliyi idarəsində baş redaktor olub.
Şairin
“Cığır”, “Ömrün
bir günü”, “Dəniz küçəmizə
gəlir”, “Göydə
nə var”, “Yerdən göyə ümid”, “Taleyin acığına” və digər əsərləri
bu gün də oxucular tərəfindən maraqla
qarşılanır. Yazdığı ssenarilər əsasında
ekranlaşdırılan sənədli
filmlər, etdiyi tərcümələr və
yaradıcılığının əsasını təşkil
edən poeziya nümunələri ona əbədiyaşarlıq qazandırıb.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2016.- 18
noyabr.- S.12.