Elmi fəaliyyət və mədəni
dəyərlərin təbliği bir araya gələndə
“Multikulturallıq devizi
altında keçirilən “Mədəniyyətlər
karnavalı”nda təqdimatımız maraqla
qarşılandı”
Dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız, xüsusilə də azərbaycanlı gənclərin yaşadıqları cəmiyyətə uğurla inteqrasiyası çox sevindiricidir. Nüfuzlu universitetlərdə təhsil alan azərbaycanlı gənclərin Avropa, Amerika və digər ölkələrdə fəaliyyətləri onların həm də fərqli cəmiyyətlərdə Azərbaycanı təmsil etmələri deməkdir. Çünki hər bir əcnəbi Azərbaycanı onların simasında tanıyır, bu ölkənin mədəniyyəti, milli dəyərləri haqqında fikirləri soydaşlarımızın fəaliyyəti əsasında formalaşır. Almaniyanın paytaxtı Berlində yaradılan Azərbaycan Tələbə Şəbəkəsi də aktiv, vətənsevər gənclərimizin təşəbbüsüdür.
Şəbəkənin baş katibi Asif Məsimov TRT-nin Azərbaycan dilində xidmətinə müsahibəsində fəaliyyətlərindən ətraflı söhbət açıb.
- Adından da bəlli olduğu kimi, biz tələbə şəbəkəsiyik. Təşkilatımız 2011-ci ilin oktyabrında Berlində yaranıb. Məqsədlərimizdən biri budur ki, Almaniyada təhsil alan azərbaycanlı gəncləri bir araya gətirib, onlara dəstək verib Avropa ilə münasibətləri dərinləşdirək. Həmçinin Avropada, xüsusən də Almaniyada elmi işçilərin Azərbaycana olan marağını artırmaq istəyirik. 2013-cü ildə Çexiyada, 2015-ci ildə isə İtaliyada ofisimiz açıldı. Qısa müddətdə bir neçə elmi konfrans və tədbirlər keçirdik. Almaniyadakı professorları, siyasətçiləri, ekspertləri bir neçə tədbirimizə cəlb etmişik. Bizim əsas prioritet mövzumuz Qarabağ məsələsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətlərin yayılmasıdır. Eyni zamanda mədəni dəyərlərimizi təbliğ edirik. Novruz bayramını xüsusi qeyd edirik. Almaniyada “Mədəniyyətlər karnavalı” var, orada da təmsil olunduq. Bu karnavalda dini, mədəniyyəti fərqli insanlar özlərini təqdim edir. Tədbir multikulturallıq devizi altında keçirilir. Karnavalda bizim təqdimatımız da maraqla qarşılandı.
- Qurum olaraq Almaniyada təhsil alan azərbaycanlı tələbələrə necə dəstək verirsiniz?
- Bir neçə Almaniya şirkəti ilə razılıq əldə etdik ki, bizim tələbələr onlarda təcrübə keçsinlər. Maliyyə tərəfini müxtəlif qurumlarla həll edirik. Məsələn, maliyyə xərclərinin bir qismini SOCAR nümayəndəliyi öz üzərinə götürüb. Biz sadəcə tələbələrimizə vasitəçi kimi kömək edirik. Onu da qeyd edim ki, Azərbaycan Tələbə Şəbəkəsinin yaranmasında SOCAR-ın xüsusi dəstəyi olub. Türkiyədə fəaliyyət göstərən İndeks şirkəti də bizə dəstək oldu. Alman təşkilatları da müəyyən tədbirlərin təşkilində bizə yardım etdi. Buradakı Türkiyə qurumlarından da maddi və ya texniki dəstək alırıq.
Bizim tibb sahəsində də layihələrimiz var. Xərçəngin araşdırılması ilə bağlı Vüqar Yaqublunun başçılığı altında elmi qrup fəaliyyət göstərir. Bundan başqa, Hannoverdə tibb sahəsində layihəyə start vermişik. Məqsəd odur ki, elmi təşəbbüslərə dəstək verək. Bu işlərin nəticəsini biz gələcəkdə, illər sonra biləcəyik.
- Hər bir işdə problemlər də olur, bunları aşmağı necə bacarırsınız?
- Təbii ki, üzə çıxmayan uğursuz layihələr də var. Bunlar əsasən müəyyən əngəllər üzündən reallaşmır. Bir misal deyim. 2015-ci ilin növbəti Xocalı soyqırımı mərasimi ilə bağlı bizim planımızda Berlində “Maping show” göstərmək var idi: yəni şəhərdəki məşhur binalardan biri üzərində Xocalı haqqında görüntüləri nümayiş etdirmək. Bir neçə yerə müraciət etdik, amma müsbət cavab ala bilmədik. Siyasi səbəbləri bəhanə etdilər. Amma bizim eyni layihəmiz Praqada reallaşdı və əks-səda doğurdu, yerli mətbuatda xəbərlər də yayıldı.
Başqa problem insan resursudur ki, biz hər dəfə onu yeniləməliyik. Bura gələn tələbələrimiz
qısa müddətə
gəlir, sonra iş tapır, başqa şəhərə
və ya ölkəyə köçür.
Buna görə biz bir növ insan
resursunu itirmiş oluruq. Həmişə çalışmalıyıq ki, yeni-yeni üzləri,
tələbələri cəlb
edək.
Bizim kitab layihəmiz də var. Bu layihə çərçivəsində
Qarabağla, Azərbaycanla
bağlı kitabları
universitetlərdə yaymaq
istəyirik. Almaniyanın
Köln, Berlin kimi böyük
şəhərlərindəki universitetlərin kitabxanalarına
bu kitabları yerləşdirməyə nail olmuşuq.
- Almaniyada təhsil alan başqa
millətlərdən tələbələri
necə, tədbirlərinizə
cəlb edə bilirsinizmi?
- Məqsədimiz xüsusilə,
elmi səviyyədə
Avropa ilə Azərbaycanı bir-birinə
yaxın etməkdir. Biz Qərbi və
Şərqi Almaniyanın
bir sıra təşkilatları ilə
əlaqə yaratmışıq.
Erasmus və digər tələbə mübadilə
proqramları, Ukrayna, Türkiyə tələbə
təşkilatları ilə
münasibətlərimiz var. Keçən il
Ramazan ayında Berlində fəaliyyət
göstərən yəhudi
tələbə şəbəkəsi
ilə əlaqə yaradıb təklif etdik ki, bir
yerdə dinlərarası
dialoq çərçivəsində
bir iftar təşkil edək. Onlar bizim təşəbbüsü
dəstəklədilər. Sonra biz
protestant gənclər cəmiyyəti
və protestant elmi araşdırma qrupu ilə əlaqə yaradıb burada - Berlindəki Türk şəhidlər məscidində
iftar süfrəsi açdıq. Yəni təşkilatçı
həm yəhudi, həm xristian, həm də müsəlman icmaları idi.
Hazırladı: Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2016.- 18
noyabr.- S.13.