“Bu yubileyin
qeyd olunması türkoloji
elmlərin inkişafına xidmət edir”
Birinci Türkoloji Qurultayın keçirilməsi türk dünyası elmi üçün çox əhəmiyyətli hadisə idi. Beynəlxalq Türk Akademiyası qurultayla bağlı Bakıda saxlanılan arxiv sənədlərindən istifadə edərək nəşrlər hazırlayıb, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ilə birgə bir sıra tədbirlər reallaşdırıb.
Bu barədə Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş konfransda jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib
ki, dünya
miqyasında tanınmış türkoloq-alimlər 90 il bundan əvvəl
Bakıda bir araya gələrək
çox mühüm ortaq məsələləri müzakirə
ediblər. Bu gün Birinci Türkoloji
Qurultayın 90 illiyinin yüksək səviyyədə
qeyd olunması türk
dünyasında, eləcə də beynəlxalq aləmdə türkoloji elmlər sisteminin
inkişafına xidmət edir.
Mədəniyyət.- 2016.- 18
noyabr.- S.15.