Şeir gözümdəki işıq, könlümdəki nəğmədir...”

 

Şair, nasir, tərcüməçi, publisist Tofiq Mahmudun yaradıcılığından söz açılanda Vətən torpağına saf, zərif duyğularla bağlanan istiqanlı bir insan gözlər önündə canlanır. Onun səmimiyyətdən yoğurulan poeziyası insanların qulağına pıçıldanan məhrəm hislər kimidir...

Tofiq Mahmud oğlu Mehdiyev 6 noyabr 1931-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda dünyaya göz açıb. Orta təhsilini Bakı şəhərində alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirdikdən sonra “Azərbaycan müəllimi” qəzetində işə düzəlib. 1961-ci ildə “Göyərçin” jurnalında fəaliyyətə başlayan T.Mahmud 1976-cı ildə jurnalın baş redaktoru təyin edilibömrünün sonuna kimi bu vəzifədə çalışıb.

T.Mahmudun gənclik illərində Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən Səməd Vurğun, İslam Səfərli və başqaları ilə yaxın təmasda olub, yaradıcılıq məsləhəti alıb. O, xatirələrində yazır: “Günlərin birində Yazıçılar İttifaqında “Gənclər günükeçirilirdi. Xalq şairi Səməd Vurğun çıxışında iki şeirimdən birini bəyəndiyini dedi. Sevindiyimdən bilmirdimedim. Yerə-göyə sığmırdım. Uçmağa qanadım olmadı. Ancaq sonralar başa düşdüm ki, həmin şeir çox zəif olub. Bəs böyük sənətkar onuüçün bəyənmişdi? Demə, Səməd Vurğun alicənablıq, insanlıq göstərmiş, qəlbimə dəymək, ruhdan salmaq, qol-qanadımı qırmaq istəməmişdi”.

Gənc şairin “Kəsməsəm də, görməsəm də” adlı ilk şeiri 1953-cü ildə “İnqilab və mədəniyyət” jurnalında, daha sonra “Azərbaycan” jurnalında dərc olunur. Beləliklə, o, ədəbi aləmdə tanınmağa başlayır.

Ədəbiyyata qəlbən bağlanan şair poeziyanı, şeiri möcüzə hesab edib. Onun fikrincə, həyat poeziyasız boş və mənasız görünər. Onun üçün böyükkiçik şair yox, əsl şeir əhəmiyyət kəsb edib. Gənclərlə görüşünün birində “Şeir nədir” sualına belə cavab verib: “Şeir gözümdəki işıq, könlümdəki nəğmədir”.

Barlı-bərəkətli vətən torpağından güc-qüvvət alan qələm sahibi rəngarəng yaradıcılığında yurdun igid övladlarından maraqla bəhs edib. “Vətən” şeirində qədim yurd yerləri, tarixi memarlıq abidələri onun şair qələmi ilə əsrarəngiz gözəlliklərə bürünüb:

 

Təkcə çəmən deyil, təkcə dağ deyil,

Solmayan əbədi çiçəkdir Vətən!

Təkcə dərə deyil, daş-torpaq deyil,

Cavanşir, Koroğlu, Babəkdir Vətən!

 

T.Mahmud şeriyyətində insan sevgisi çox qabarıq verilib. Yer üzünün əşrəfi sayılan insanın qadir olduğu və göstərdiyi xeyirxahlıq alqışlanıb. Kin-küdurətdən uzaq olan müəllif oxucularına müraciətlə belə deyirdi: “Pislikləri unudunondan uzaq olun. Daim qəlbinizdə gözəl duyğulara yer ayırın”.

Deyirlər ki, şairin özünəməxsus şeir söyləmək keyfiyyətləri olub. Şair təbi çağlayan zaman bəzən coşqun, bəzən də sakit bir duyğu ilə yazıb. Şeirlərinin birində deyir:

 

Bəzən duyuram ki, nəhəng meşəyəm,

Bəzən də zərifəm, bir bənövşəyəm.

 

Həssas şair balaca oxucuları da unutmayıb. Uşaqlar üçün xeyli yığcam lakonik əsərlər qələmə alıb. MüəllifinQızımla söhbətlərəsəri kiçikyaşlı oxucuların bilik səviyyəsinə, dünyagörüşünə, maraq dairəsinə uyğunluğu ilə maraq doğurur. Bu əsərlərdə uşaq təbiətinin sadəliyi şair müdrikliyinin vəhdəti özünü göstərir.

Şairin oxucuda xoş ovqat yaradanMeşədə qalan nəğmə”, “Üç qız”, “Fırtına gözəlliyi”, “Sədaqətli günlərpoemaları yaradıcılığında xüsusi yer tutur. Şair bu əsərlərində gözəlliyi vəsf etmək, ana yurdun şəninə şeirlər qoşmaqla yanaşı müşahidə etdiyi nöqsanlara da laqeyd qalmayıb...

İdeya-sənətkarlıq cəhətdən mükəmməl poetik nümunələr qələmə alan şair bədii tərcümə ilə məşğul olub. Gürcü yazıçısı Xuta BerulavanınQuş südü”, İsabəy İsakovunHər şeyi öyrənmək istəyənkitabları onun tərcüməsində oxucular tərəfindən maraqla qarşılanıb.

Xalq yazıçısı Mirzə İbrahimov çox sevdiyi T.Mahmudu Azərbaycan tarixinin ən gözəl səhifələrində özünə layiq yer tutmuş gözəl insan, vətəndaş şəxsiyyət kimi xarakterizə edib, şairin ömür yolunun cəmiyyətin gələcəyinə, uşaqlarına həsr olunduğunu vurğulayıb.

Ümumilikdə 20-dən çox kitabı işıq üzü görən şairin əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. O, Respublika Uşaq Fondu Bakı şöbəsinin sədri rəyasət heyətinin üzvü kimi uğurla fəaliyyət göstərib, Yazıçılar Birliyi Uşaq gənclər ədəbiyyatı şurasının sədri olub.

Azərbaycan poeziyasında uşaq şairi kimi tanınan Tofiq Mahmud 4 aprel 1997-ci ildə vəfat edib. Şairin adınaTofiq Mahmud mükafatıtəsis edilib hər il ən yaxşı uşaq şeirlərinin müəlliflərinə təqdim olunur.

 

Savalan Fərəcov

 

 

Mədəniyyət.- 2016.- 18 noyabr.- S.15.