“Dərs” filmi Hindistana
beynəlxalq festivala gedir
Rejissorlar Rafiq Əliyev və Cavid Təvəkkülün
“Dərs” bədii filmi Hindistan paytaxtına, 5-ci Dehli Beynəlxalq Film Festivalının
müsabiqə proqramına
dəvət alıb. Festival 3-9 dekabr tarixində keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında lentə
alınan film bu yaxınlarda Rusiyada 25-ci “Kinoşok” Beynəlxalq
Film Festivalının və
Belarusda 23-cü “Listapad”
Minsk Beynəlxalq Film Festivalının
mükafatlarına layiq
görülüb.
Filmin ssenari müəllifləri
Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu
rəssamı Fikrət
Ələkbərov, bəstəkarı
Tünzalə Ağayeva,
icraçı prodüseri
Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Rolları Tamerlan Ağayev,
Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova
və digərləri
oynayırlar. Ekran əsəri
uşaqların məktəb
həyatından, yeniyetmə
məktəblilərin qarşılıqlı
münasibətlərindən, dostluğa və həyata baxışlarından
bəhs edir.
* * *
Yeri gəlmişkən,
noyabrın 16-da Nizami
Kino Mərkəzi “Cığır”
İctimai Birliyinin himayəsində olan uşaqlar üçün
“Dərs” filminin nümayişini keçirib.
Nümayişdən sonra ictimai birliyin həmtəsisçisi
və sədri dosent Yeganə Mirzəyeva,
həmtəsisçi Günel Ələkbərova
kino mərkəzinin əməkdaşlarına
yaratdıqları şəraitə görə təşəkkürlərini
bildiriblər. Bu aksiyaların
uşaqların mədəni zövqünün
formalaşmasında böyük rol oynadığı qeyd edilib.
Mədəniyyət.- 2016.- 18
noyabr.- S.16.