Görkəmli tarzən Sadıqcanın
170 illik yubileyi qeyd olundu
Noyabrın 22-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən Sadıqcanın 170 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi.
Gecənin aparıcısı Əməkdar incəsənət xadimi Sərdar Fərəcov çıxış edərək görkəmli tarzən haqqında məlumat verdi. Bildirildi ki, Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) 1846-cı ildə Şuşa şəhərində anadan olub. Bütün şuşalılar kimi sənətkar da kiçik yaşlarından xalq mahnılarının və muğamlarımızın ifasını mənimsəyir və onları müfəssəl şəkildə ifa etməyə başlayır. Onun ilk müəllimi Şərq musiqisinin mahir bilicisi kimi tanınan Xarrat Qulu Məhəmməd oğlu idi.
Sənətin sirlərini ustadından əxz edən Mirzə Sadıqcan tarı təkmilləşdirən sənətkar kimi tezliklə Qafqazda və İranda tanınır.
Tədbir tanınmış
ifaçıların konsert proqramı ilə
davam etdi. Konsertdə
Azərbaycan Radiosu və
Televiziyasının "Xatirə" xalq
çalğı alətləri ansamblının
müşayiəti ilə muğamlarımız, xalq və bəstəkar mahnıları səsləndirildi.
Mədəniyyət.- 2016.- 23
noyabr.- S.2.