Ruhuna ruzidir mənim yazdığım”

 

 

Sumqayıt şəhər Poeziya evində S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı ilə AYB Sumqayıt bölməsinin sədri şair Sabir Sarvanın 60 illik yubileyi münasibətilə tədbir keçirilib. “Ruhuna ruzidir mənim yazdığım” adlı tədbir azyaşlı oxucuların təşəbbüsü ilə baş tutub.

Balaca oxucular şairin müxtəlif illərdə yazdığı şeirləri söyləyiblər. Balaca rəssam Ayan Ağayevanın şairin yubileyinə həsr etdiyi portreti, Surxay Abdullayevin sazda ifası, şairə Gülnarə Cəmaləddinin yubilyarla bağlı xatirələri maraqla qarşılanıb.

Sabir Sarvan şeirlərini oxuyub, oxucuların suallarını cavablandırıb.

Sonda S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri Yeganə Hüseynova çıxış edərək yubilyara xoş arzularını çatdırıb.

 

Mədəniyyət.- 2016.- 23 noyabr.- S.6.