Bakıda görkəmli macar bəstəkarının əsərləri səsləndirildi

 

 

Noyabrın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli macar bəstəkarı və musiqi tədqiqatçısı Bela Bartokun (1881-1945) anadan olmasının 135 illiyinə həsr edilmiş konsert proqramı təqdim edildi.

Konsert Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Macarıstanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirildi.

Musiqi gecəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış incəsənət xadimləri, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatları, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Dirijor, Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Bela BartokunViolinorkestr üçün 2 saylı rapsodiya”sı, “Fortepianoorkestr üçün 3 saylı konsertimacar xalq mahnıları səsləndirildi. Konsertin solistləri Qraf Murja, Dyordya Oravets Andrea Yöröş-Braşşoi idi.

Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılandı.

Qeyd edək ki, Bela Bartok görkəmli bəstəkar xalq mahnılarının araşdırmaçısı kimi tanınıb. O, Macarıstan folkloru ilə yanaşı, Türkiyə, Rumıniya, Slovakiya, Serbiya, Bolqarıstan, Ukrayna, Xorvatiya ərəb ölkələrinin folklorunu da tədqiq edib. Bəstəkarın musiqi yaradıcılığı folklorun ən əski dərin qatlarından qidalanan qeyri-adi melodiya ritmləri ilə seçilir.

 

Fariz

 

Mədəniyyət.- 2016.- 23 noyabr.- S.6.