Polşa portalında Naftalan haqqında məqalə
Polşanın “Travel Trends
Group” portalında “Azərbaycanın
Naftalan şəhərində
neft məhsulları ilə müalicə” adlı məqalə yayılıb. Məqalədə deyilir ki, Azərbaycan əsrlər boyu tarixi İpək
Yolu vasitəsilə
nadir dərman kimi ixrac edilən müalicəvi nefti ilə məşhur olub. XIX əsrdən
etibarən Azərbaycanın
müxtəlif guşələrində
müalicə əhəmiyyətli
təbii resursların
elmi tədqiqinə başlanılıb.
Bildirilir ki, Naftalan şəhəri
unikal müalicəvi əhəmiyyətə malik
olan nefti ilə məşhurdur. Naftalan neftinin
unikallığı və
yüksək effektivliyi
çoxlu sayda elmi araşdırmalarla və bir neçə
xəstəliyin müalicəsinin
tətbiqində 100 ildən
çox təcrübə
ilə təsdiq edilib. O, 70-dən çox
xəstəliyin müalicəsində
istifadə olunur. Dünyada analoqu olmayan Naftalan nefti öz müalicəvi əhəmiyyətinə görə
80-85 faiz effektlilik əmsalına malikdir.
Materialda Naftalanda
fəaliyyət göstərən hotel və
sanatoriyalar haqqında da
məlumat verilir. Vurğulanır ki, bu gün
Naftalan özündə kurort
təbabətini, Avropa komfortunu,
Azərbaycan qonaqpərvərliyini və qiymətlərin əlverişliliyini
birləşdirən müasir istirahət
və müalicə mərkəzidir.
Mədəniyyət.- 2016.- 23
noyabr.- S.9.