“Xalq
yaradıcılığında multikulturalizm”
“Folklor
paytaxtı”nda elmi-praktik
konfrans
2016-cı
il üçün
“Azərbaycanın folklor
paytaxtı” seçilən
Qusar şəhərində
“Xalq yaradıcılığında
multikulturalizm” mövzusunda
elmi-praktik konfrans keçirilib.
Bilik Fondu, AMEA Folklor İnstitutu və rayon İcra Hakimiyyətinin təşkilatçılığı keçirilən tədbirin
iştirakçıları əvvəlcə Mədəniyyət
mərkəzinin qarşısında
rayonun incəsənət
ustalarının hazırladığı
bədii folklor nümunələrinə tamaşa
edib, ləzgi mətbəxi və məişəti, Qusarın
tarixini, müasir inkişafını əks
etdirən sərgilərlə
tanış olublar.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Şair
Alxasov açaraq mədəniyyətin ən
mühüm amillərindən
birinin mədəni müxtəliflik olduğunu
diqqətə çatdırıb,
2016-cı ilin Azərbaycanda
“Multikulturalizm ili” elan edilməsinin əhəmiyyətindən bəhs
edib.
Konfransda Bilik Fondunun icraçı direktoru Oktay Səmədov “Azərbaycanda “Multikulturalizm ili”: görülmüş işlər və qarşıda duran vəzifələrə baxış”, Folklor İnstitutunun direktoru Muxtar İmanov “Folklorda milli-mədəni müxtəliflik və ortaq mənəvi dəyərlər”, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov “Multikulturalizm və təhsil” mövzularında çıxışlar ediblər. “Multikulturalizm ili” çərçivəsində respublikada həyata keçirilən tədbirlərdən bəhs edilib.
Çıxışlarda “Folklor
paytaxtı” Qusarın multikultural ənənələrindən
də söz açılıb.
Tərtər
Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü
ilə “Hərbi-vətənpərvərlik mövzusunun mediada
işıqlandırılması xüsusiyyətləri”
mövzusunda konfrans keçirilib
Tərtər
Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü
ilə “Hərbi-vətənpərvərlik mövzusunun mediada
işıqlandırılması xüsusiyyətləri”
mövzusunda konfrans keçirilib.
Mədəniyyət.- 2016.- 23
noyabr.- S.11.
.